Əvəzedicilər
XL "Araz Naxçıvan"ı 4 qolla məğlub etdi
Topaz Premyer Liqasında mübarizə aparan komandaların əvəzedi…
Topaz Premyer Liqasında mübarizə aparan komandaların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 6-cı tur davam edir. Futbolinfo.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
“Sumqayıt” – AZAL matçında qalib müəyyənləşməyib. “Xəzər Lənkəran” isə “Araz Naxçıvan”la ev oyununda darmadağına sevinib.
Əvəzedicilərin çempionatı
6-cı tur
19 sentyabr
Sumqayıt – AZAL – 1:1
Qollar: Fərid Quliyev, 25 – Nihad Əmirli, 45+1.
Xəzər Lənkəran – Araz Naxçıvan – 4:0
Qollar: Bəhruz Teymurov, 34, Kazım Kazımlı, 51; 66, Kamran Abdullazadə, 77.