Bizi izləyin

Premyer-liqa

Küskün lənkəranlılar, çarəsiz Abdullayev, təzyiq altındakı Çətin

Futbolinfo.az yenə çempionat oyunlarını izləmək, işıqlan…

blank
Futbolinfo.az yenə çempionat oyunlarını izləmək, işıqlandırmaq üçün bölgələrdə idi. Topaz Premyer Liqasının matçlarını sizə yerindəncə işıqlandırmaq üçün bu tur əməkdaşlarımızdan biri Qəbələyə getmişdisə, mənim də yolum Lənkərana idi.
Paytaxtda və Sumqayıtda reallaşan matçları izləmək heç kim üçün çətin deyil. Amma əyalət klublarımızın ev oyunlarında başverənləri təqdim etmək əziyyət tələb edir. Bu əziyyətə qatlaşmağı da biz boynumuza götürmüşük.
 
Yarıboş tribunalar və…
 
Lənkəran azarkeşləri daha komandasını əvvəlki kimi sevmir. Sevirlərsə də bu, yalnız qələbəyə, uğura olan sevgidi. Yalnız komanda yuxarı pillələrdə olanda tribunaları dolduran cənublular “Araz Naxçıvan”la matça bir qədər biganə idi. Tribunaların demək olar, yarısını dolduranlar isə nəticədən asılı olmayaraq XL-lə nəfəs alanlar idi.
 
Şənbə baş tutan matçın ssenarisi əvvəldən bəlli idi. Belə ki, “Xəzər Lənkəran” topa nəzarət etməli, Əsgər Abdullayevin müdafiədə oynamağı sevən komandası isə imkan daxılındə qapının toxunulmazlığına çalışıb əks-hücumlarda nicat aramalıydı. İlki 45 dəqiqədə elə bunu da gördük. Ancaq fərq onda idi ki, “Xəzər Lənkəran” o qədər də basqılı oynamır, sanki rəqibdən ehtiyat edirdi.
 
Bununla belə, XL fasiləyə kimi 5-6 ciddi hücum təşkil edə bildi. Amma həmin epizodlarda futbolçular son nöqtəni qoymaqla bağlı ciddi sıxıntı yaşayırdı. Xüsusilə Rauf Əliyev özünü topla ilk dəfə tanış olurmuş kimi aparır, onunla normal davrana bilmirdi. Əvəzində Əfran İsmayılov orta sahədə ağalıq edən Rahid Əmirquliyev və Rəşad Sadiqova əla dəstək verirdi. Gəl ki, qonaqların Saşa Yunisoğlu və Aqil Nəbiyevin gəlişindən sonra daha etibarlı olan müdafiə xətti keçilməz idi. Onların qarşısında dağıdıcılıq funksiyasını bəzən 3 futbolçunun yerinə yetirməsi də tablodakı sıfırların dəyişməsinə əngəl olurdu.
 
“Araz Naxçıvan”ın ilk 45 dəqiqədə cəmi bir real qol şansı oldu ki, o da lənkəranlıların bütün həmlələrinə dəyərdi. Gəl ki, Kamil Nurəhmədov müdafiəçilərin hədiyyəsindən sonra şnünə düşən topu heç gözləmirdi və bu səbəbdən də hesabı açmaq üçün ən real şansı qaçırdı.
 
…alabəzək qazon
 
Qazonun durumu da çox bərbad idi. Futbolçular bir cərimə meydançasından digərinə kimi yaşıllıqdan, bataqlıqdan və bəzən də sulu zəmindən keşməli idi. Cənub zonasına yağan yağış əksini şəhər stadionunun örüyündə hiss etdirirdi. Amma bunun oynanılan futbola heç də həlledici təsiri yox idi. Düzdü, ilk yarıda hərəyə bir əvəzləmə edən komandalardan “Xəzər Lənkəran” bunun əziyyətini çəkdi. Alfred Sanko həm də qazonun durumu üzündən adi epizodda zədələndi.
 
Meydan sahiblərinin baş məşqçisi Oğuz Çətinin şikayətlənmək üçün əsası yoxdu. Ba.qa komandalar limit üzündən müydana buraxmağa lazımi sayda yerli oyunçu tapmırsa, “Xəzər Lənkəran”da vəziyyət fərqlidi. Burada yerli oyunçular daha səviyyəli olduğundan əcnəbilərin ehtiyatda qalması adi haldı. İsrarla istədiyi Aleksandr Şemonayevi ehtiyatda “çürüdən” Çətinin Sankonun yerinə Tural Cəlilovu buraxması isə narazılığa səbəb oldu. Çətinin Cəlilovu meydana buraxması azarkeşlər tərəfindən xoş qarşılanmadı. Bundan sonra türkiyəli çalışdırıcının ünvanına atmacalar daha da çoxaldı. Bur neçə gün öncə kluba idman direktoru təyin olunan Yunis Hüseynovun tezliklə baş məşqçi olacağına işarə edən fanatlar “Az qalıb, onsuz da Yunis gələcək, Turalı da götürüb gedərsən” dedilər.
 
Yatağan naxçıvanlılar
 
Qonaqlar üçün Lənkəranda qazanılacaq bir xal da qiymətli idi. Çempionatın ən zəif komandalarından olan “Araz” lazımi transferlər edə bilməməsinin, rəhbərliyin maliyyə ayırıb heyəti gücləndirməməsinin əziyyətini çəkir. Elə bu səbəbdəndi ki, futbolçular nəticə qazanmaq üçün hər yolu məqbul hesab edir, bacardıqlarının maksimumunu ortaya qoyurdular. Bacarıq yetməyəndə hiylə işə düşürdü. Artıq 30-cu dəqiqədən etibarən ikili mübarizədə yerdə qalan qonaqları ayağa qaldırmaq üçün dəqiqələr lazım gəlirdi. Vaxt “öldürməyə” həm də nəfəs almaq imkanı kimi baxan naxçıvanlılar üçün oyun ərzində 5-6 dəfə xərək də sifariş olundu. Lakin onların heç birində xərkdən istifadə olunmadı, zələlənmiş futbolçular isə meydanı tərk edən kimi geri qayıtmaq üçün hakimdən tez işarə verməsini gözləyirdi.
 
Təbii ki, bütün bunlar futbolun içində olan şeylərdi. Amma “Araz” futbolçuların yerdə yata-yata uzağa gedə bilməyəcəyi aksiomadı. Bunu onlar hesab açılandan sonra özləri də isbatladı. Artıq qonaqlara qol lazım olduğu dəqiqələrdə kiminsə ayağını qucaqlayıb yerdə qıvrıldığını görmədim.
 
Qolu azarkeşlər vurdu
 
Fasilədən sonra “Xəzər Lənkəran” təzyiqi bir qədər də artırdı və daha basqılı oynamağa başladı. Bütün komanda ilə müdafiə olunan “Araz” artıq daha çox səhv edirdi. Potensialın bitdiyi dəqiqədə hesabın açılacağı qaçılmaz idi.
 
Oyunununun 70-ci dəqiqəsindən etibarən azarkeşlər istefa şüarları səsləndirməyə başladı. Komandanın ardıcıl hücumları qolla nəticələnməyincə fanatlar Oğuz Çətini postundan getməyə səslədilər. Sanki bundan sonra ayılan meydan sahibləri künc zərbəsindən sonra hesabı açdı. Maraqlıdı ki, bu da azarkeşləri sakitləşdirmədi. Onlar “5:0 olsa da, getməlisən” deyərək istefa şüarlarını səngitmirdi. Amma ikinci qol vurulandan sonra tribunalar sakitləşdi.
 
Azarkeşlərin Çətini istefaya səsləməsi haradasa başadüşülən idi. Çünki komandada məşqçi işinin əksi yoxdu. Futbolçular yalnız fərdi bacarıqları hesabına nəsə etməyə çalışırdı. Qol da hansısa kombinasiyalı hücumdan sonra deyil, standart vəziyyətdən vuruldu. Künc zərbəsindən sonra artıq gücü tükənən naxçıvanlılar Qalin İvanovun dəqiq baş zərbəsinə əngəl ola bilmədi. “Araz”ın ancaq müdafiə olunmağı bacardığını isə ikinci qol göstərdi. Qonaqlar bərabərlik topu üçün irəli atılmaq istəyəndə arxada boşluq verdi və Ağabala Ramazanov fürsəti qaçırmadı.
 
Onlar və mən
 
Mətbuat konfransında yenə məşqçiləri yalnız mən “narahat etməli” idim. Çünki Futbolinfo.az konfransda mətbuatı təmsil edən yeganə sayt idi. Oyunu digər bir həmkarım mənimlə birgə izləsə də, o, nədənsə məşqçilərlə görüşü gözləmədi və evinə yollandı.
 
Əsgər Abdullayev yenə rəhbərliyi qoruyacaq açıqlama verməyi, məğlubiyyəti heyətin gənclərdən qurulması ilə pərdələməyi üstün tutdu. O, güclərinin 70 dəqiqə mübarizə aparmağa yetdiyini vurğuladı, eyni zamanda bəzi oyunçuların məsuliyyətsizliyindən qol buraxdıqlarını dedi.
 
– Futbolçularımız döyüşdülər. Qolun buraxılması planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər. Gücümüz budu. Amma işimizi davam etdirəcəyik. Futbolçularım Premyer Liqa təcrübəsi qazanmalıdılar.
 
– Yayda heyəti yetərincə gücləndirmədiyiniz üçün təəssüflənirsizmi? Yoxsa maliyyə imkanı zəif olan komandalarla işləmək Əsgər Abdullayevin alnına yazılıb?
– İmkanımız nəyə çatıbsa, ona uyğun futbolçu götürmüşük. Heyətə baxsaz, 22-23 yaşlı oyunçulara güvənirik. Bizdə 93, 94, 95, 96, 97 təvəllüdlü oyunçular oynayır. Aqil Nəbiyev və Saşa Yunisoğlu gələndən sonra vəziyyət bir qədər düzəlib. Onlar bir müddət məşq etmədiklərindən hələ tam hazır deyillər. Bununla belə, 70-80 dəqiqə döyüşə bilirik. İşimiz çoxdu, ancaq başqa çarə də yoxdu.
 
– “Araz” bütün çempionatı müdafiə olunaraq keçirmək istəyir?
– Futbolçuların qarşısına yalnız müdafiə olunmaq tapşırığı qoyulmur. Ümumiyyətlə, əksər klublar oyunu müdafiədən qurur. Komanda müdafiə olunmalı və sürətli əks-hücumlarla nəticə qazanmalıdı. Amma Lənkəran səfərində açıq futbol oynaya bilməzdik. Qarşıdakı oyunlarda səhvlər üzərində işləyəcəyik.
 
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin oyunu elə şərh etdi ki, bir anlıq autsayder olan debütantı yox, “Barselona”nı yendiklərini düşündüm. Bununla belə, o, etiraf etdi ki, çempionata yaxşı başlaya bilməmələri üzündən oyunlarında stress var. Xüsusilə qol nöqtələrində üzərlərindəki təzyiq üzündən başarılı ola bilmirlər.Komandasından son dərəcə məmnun olduöunu bildirən çalışdırıcı bu problemi də yoluna qoyduqdan sonra daha yaxşı yerlərə gələcəklərini vurğuladı.
 
– Bu mücadiləni verdikdən sonra hamını yenəcək gücdəyik. Rəqibə oynamaq imkanı verməyən, hər sahədə basqı yapan komandamız var. Qolu daha erkən vursaydıq, bizim üçün daha rahat matç ola bilərdi. Oyunçularımı təbrik edirəm, əla motivasiya olunub vacib qələbə qazandılar. Ümid edirəm ki, oyunumuzu daha da yaxşılaşdırıb növbəti turda “Qəbələ”ni də yenəcəyik.
 
– Bügünkü komanda ötənmövsümkü komandadan daha güclüdümü? Ümumiyyətlə, komandanızın oyunundan zövq alırsızmı?
– Bu mövsüm daha mütəşəkkil komandayıq. İndi rəqibə şans, fərqlənmək imkanı vermədən xallar itirdik. Keçən mövsümlə müqayisədə daha kompakt, birlikdə oynayan kollektivimiz var. İndi uyğunlaşma daha yaxşıdı. Ötən mövsüm qol baxımından da yaxşı olduğumuzu düşünürəm. Bu problemi də həll etdikdən sonra daha yaxşı yerlərə gələcəyik.
 
– Azarkeşlərin istefa şüarlarına münasibətinizi bilmək istərdim. Həm də sizin başqa bir mütəxəssislə əvəz olunacağınız haqda söz-söhbət gəzir.
– “Xəzər Lənkəran” kimi komandanın azarkeşlərinin belə startdan məmnun olmamasını təbii qarşılayıram. Karyeram boyunca dürüst oldum və indi də beləyəm. Mən əlimdən gəldiyi qədər mübarizə aparacaq, ən yaxşısını etməyə çalışacam. Bacarmasam, artıq rəhbərlik qərar verəcək.
 
Zəruri qeyd
 
Bu qələbə lənkəranlılara çox lazım idi. Komandanın özünə gəlməsi, iddialılardan uzaq düşməməsi üçün 3 xal yerinə düşdü. Amma “Araz”ın məğlub edilməsi həm də komandanın tərcüməçisi Elvar Quliyevə hədiyyə oldu. Matç günü həm də doğum gününü qeyd edən sabiq həmkarımıza ən xoş dilələrimi də elə stadionda çatdırdım.
 
Bunu xüsusi qeyd etməyimin səbəbi var. Elvar o kəslərdəndi ki, ayrılıb getdiyi jurnalistikaya aşağılayıcı gözlərlə baxmır, sadəliyini qoruyur, özünü klub rəsmisi kimi aparmır. Həmişə həmkarlarına qarşı diqqətli və yardımçı olur. Heyf ki, onun kimilər azdı. Klublara mətbuat xidmətinə, eləcə də başqa işlərə düzələn çox həmkarımız var ki, özünü BÖYÜK adam hesab, futbol yazarlarıyla salamlaşmağı paqonundakı ulduzlardan birinin düşməsi kimi qəbul edir. Yaxşı ki, sən fərqlisən, Elvar. Ad günün mübarək. Ən pis hədiyyən “Xəzər Lənkəran”ın qələbəsi olsun…
 
VÜSAL MAHMUDOV, Bakı – Lənkəran – Bakı
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm