Dünya futbolu
Lempard: “Qoldan sonra sevinmədim, çünki…”
“Mançester Siti”nin yarımmüdafiəçisi …
“Mançester Siti”nin yarımmüdafiəçisi Frenk Lempard Premyer Liqanın son turunda sabiq komandası “Çelsi”ylə oyunda (1:1) vurduğu qolla "şəhərlilər"i məğlubiyyətdən xilas etdi. Futbolinfo.az xəbər verir ki, futbolçu 10 il çıxış etdiyi komandaya qol vurarkən keçirdiyi hissləri belə izah edib:
"Biz peşəkarıq, ona görə də öz işimizi görməliyik. Qol vuracağımı gözləmirdim. Şadam ki, bu qol komandama bir xal qazandırdı. Qoldan sonra sevinmədim, çünki “Çelsi” mənim evim olub. Eşitdiyimə görə, topu “Çelsi”nin qapısından keçirdikdən sonra London klubunun azarkeşləri mənim lehimə şüarlar səsləndiriblər. Bu, emosional vəziyyətdi. Mən “Çelsi”nin azarkeşləri ilə bu cür vidalaşmaq istəmirdim”.