Premyer-liqa
“Qarabağ”da şok : Dias 1 ay oynamayacaq
Ötən turda “Simurq” üzərində qələbə qazana…
Ötən turda “Simurq” üzərində qələbə qazanan “Qarabağ”da daha bir şok yaşanıb. Futbolinfo.az xəbər verir ki, Çumbinyonun ardınca daha bir braziliyalı futbolçu sıradan çıxıb.
Bu, ötən turda heyətə daxil edilməyən Danilo Diasdı. Futbolçunun ayağında əvvəlcədən ağrılar olduğu üçün əməliyyata yollanacaq. Bu barədə saytımıza Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib. Onun sözlərinə görə braziliyalı yarımmüdafiəçi əməliyyat üçün Türkiyəyə yollanacaq. Futbolçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Diasdan əlavə Çumbinyo da “Sent-Etyen”lə oyunda zədələndiyi üçün 5 aylıq sıradan çıxıb.