Müsahibə
Oluremi: "Ümid edirəm ki, AZAL-ı Avroliqa oyunlarında izləyərəm"
Ötən mövsümün sonu AZAL-la yollarını ayıran AB…
Ötən mövsümün sonu AZAL-la yollarını ayıran ABŞ-lı hücumçu Con Olureminin futbolinfo.az saytına müsahibəsi
– Mərakeşin "MAS Fes" klubuna keçmisiz. Yeni klubunuzda vəziyyət necədi?
– Bəli, "MAS Fes" klubu ilə 2 illik müqavilə imzaladım. Yeni komandamda hər şey yaxşıdı. Yüksək liqada mübarizə aparırıq. Klub rəhbərliyi və baş məşqçi mənə çox güvənir. Mən də çalışacam ki, onların ümidlərini doğruldum. Ümid edirəm ki, burada yaxşı mövsüm keçirərəm.
– AZAL-dan ayrıldıqdan sonra klubsuz qaldız. Yeni komanda tapmağınız nəyə görə bu qədər çox vaxt apardı?
– Müxtəlif ölkələrdən və klublardan təkliflər almışdım. Onları dəyərləndirirdim. Bu təklif mənə çox cəlbedici gəldi və qəbul etdim.
– Niyə AZAL-da qalmadız? AZAL yeni komanda qurub və Avropa Liqasına vəsiqə qazanmaq üçün vuruşurlar.
– Sadəcə olaraq, ayrılmaq vaxtım gəlib çatmışdı. Vəssalam. Bu futboldu və futbol dünyası çox böyükdü. Bəzən hiss edirsən ki, artıq ayrılmalısan.
– Bu ayrılığa səbəb nə idi? Baş məşqçi Tərlan Əhmədov və ya rəhbərliklə probleminiz vardı?
– Xeyr. Tərlan Əhmədov gördüyüm ən yaxşı məşqçilərdən biridi. O, çox yaxşı insandı və həmişə yaxşı futbol oynamaq istəyir. AZAL onun kimi məşqçiyə sahib olduğu üçün çox şanslıdı. Rəhbərliklə də aram yaxşı idi. Hesab edirəm ki, hər şey keçmişdə qaldı. Artıq çalışmalıyam ki, yeni klubumda özümü doğruldum.
– Azərbaycan çempionatında olduğun üçün peşman deyilsən ki?
– Xeyr. Azərbaycan çempionatı maraqlıdı. Orada güclü klublar var. Futbolunuz günbəgün inkişaf edir.
– Dediz ki, çoxlu klublardan təkliflər almışdım. Onların arasında Azərbaycan klubları da vardı?
– Bəli. Amma artıq yeni klubla müqavilə imzaladığım üçün onların adlarını çəkmək istəmirəm.
– AZAL Avroliqaya vəsiqə qazanmaq uğrunda çox iddialıdı. Sizcə, bunu bacara biləcəklər?
– Bəli. Niyə də yox? AZAL-ın yaxşı baş məşqçisi var və komandaya yeni güclü futbolçular cəlb etdilər. Ümid edirəm ki, AZAL-ı Avroliqa oyunlarında izləyərəm.
ELMAR VƏLİYEV
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu