Dünya futbolu
Qətər-2022 ilə bağlı daha bir iddia
FİFA İcraiyyə Komitəsinin üzvü Teo Tsvanziqer DÇ-…
FİFA İcraiyyə Komitəsinin üzvü Teo Tsvanziqer DÇ-2022-in ev sahibliyi haqqının Qətərin əlindən alınacağını bildirib. Futbolinfo.az xəbər verir ki, o, mətbuata açıqlamasında belə deyib:
"Fikrimcə, son nəticədə DÇ-2022 Qətərdə keçirilməyəcək. Həkimlərin dediyinə görə, onlar belə hava şəraitində turnirə ev sahibliyi etməyə təminat verə bilməzlər".
Xatırladaq ki, Avropa Futbol Federasiyaları Birliyinin baş katibi Canni İnfantino UEFA-ın Astanadakı konqresində Dünya çempionatının Qətərdə nə vaxt keçiriləcəyilə bağlı son qərarı 2015-ci ilin martında veriləcəyini açıqlamışdı.