Bizi izləyin

Ölkə futbolu

Bəxtəvər Çixradze

Georgi Çixradzedən danışacam. Dünyanın ən bəxtəvər…

blank
Georgi Çixradzedən danışacam. Dünyanın ən bəxtəvər məşqçisindən. Oturub Azərbaycanın cənnət guşələrindən sayılan Zaqatalada, əlinin altında Keniyadan tutmuş Belçikaya qədər yeddi fərqli ölkədən legioner var. Üstəlik, milliləşdirilmiş alman-türk Əli Gökdəmiri də plovun üstünə aşqara səpirlərmiş kimi onun sərəncamına veriblər. Komanda üçün hər cür şərait yaradılıb.
 
Bu, mənim iddiam deyil. Kluba prezidentlik edən Anar Bəkirov “Qarabağ”la oyundan sonra verdiyi müsahibəsində belə deyib. Sitat: “Biz nə lazımdısa, etmişik. Komanda əla təlim-məşq toplanışları keçirib. Futbolçulardan heç nə əsirgəmirik. Onlar hərtərəfli qayğıyla əhatələniblər. Hər dəfə heç-heçəyə və qələbəyə görə mükafat alırlar. Maaşlarını da vaxtında veririk. Əvəzini görmək istəyirik”.
 
Futbolun yazılmamış qanunudu. Bir halda ki, nəticə yoxdu, bütün nəzərlər məşqçinin üzərinə çevrilir. Təsəvvür edin, bir azərbaycanlı məşqçi qonşu Gürcüstanda eyni şərtlər altında üçüncü mövsümünü keçirir və ortada ciddi nəticə sayıla biləcək heç nə yoxdu. Ona bu qədər dözərlərmi? Təsəvvür edə bilmədiniz, sizi yaxşı başa düşürəm. Heç mümkün də deyil.
 
Sağ olsun, cənab Çixradze. Futbol leksikonumuza yeni termin də gətirdi. “Qarabağ”la oyundan sonra gürcü çalışdırıcı “köhlən atlar”ın “qarışıq heyətlə” oynadığını iddia edib. Özünə sığışdırıb deyə bilmir ki, “Qarabağ” meydana ikinci heyətlə çıxmışdı. Sevindirici haldı, adamın qürur hissi hələ tam ölməyib. Hansısa rəqibin ikinci heyətinə uduzmağından utanır. Bəhanəsi də hazır imiş. Guya, İlkin Qırtımovla Draqan Çeranın meydanda olmaması nəticəyə təsir edib. Qırtımov müdafiəçidi, qadan alım. Maşallah olsun, Vüqar Nadirov 64-cü dəqiqədə hesabı açana qədər “sehirli quşlar” 11 nəfərlə müdafiə olunurdu. Nə oldu belə, “Simurq”un 11 futbolçusu bircə İlkin Qırtımova dəymədi? Onda Berti Foqts dünyanın ən xoşbəxt məşqçisidi. Onun sərəncamında yeddi legionerin meydana çıxdığı “Simurq”un bütün heyətindən dəyərli olan müdafiəçi var.
 
Adamı çağırıb, deyən yoxdu ki, sən “Qarabağ”la oyunda yeddi əcnəbi futbolçunun xidmətindən yararlanmısan, onların da altısı start heyətdə yer almışdı. Qurban Qurbanovsa ilk dəqiqələrdən cəmisi üç əcnəbi futbolçunu meydana buraxmışdı. Yerlilərin əksəriyyəti bu yay “Qarabağ”a keçənlər idi. Onların da indiyə kimi bir yerdə oynamağa, davamlı oyun praktikası qazanmağı o qədər də şansı olmayıb. “Simurq”un 6 əcnəbisi Cavid Tağıyevin, Namiq Ələsgərovun, Hacı Əhmədovun, Tərlan Quliyevin qarşısında “ikinci skripka” roluna razılaşmış, öz qapılarının həndəvərində topu ora-bura vurmaqla məşğul idilər. Onu da düz-əməlli bacarmadılar. Meydanın “Qarabağ”a aid hissəsinə qədər irəliləməyə qorxan əcnəbilərlə “Simurq” Avroliqaya vəsiqə qazansa belə ordan “böyük qardaşı” “İnter”dən daha biabırçı nəticələrlə üstümüzə qayıdacaq. Avrokuboklarda iştirak üçün Azərbaycana verilən dörd yerdən ikisinin fərsiz qardaşlara qismət olması futbolumuzun fiaskosu olar. Kimə lazımdı avrokuboklara iddialı belə komanda?
 
Altdan-altdan güldüyünüzü hiss edirəm. Yiyəsinə qismət. Elə Georgi Çixradzenin özü də bu həqiqəti yaxşı başa düşür. Ona görə də Anar Bəkirovun üzünə ciddi görkəm verib, Avroliqa haqqında dediklərini heç vecinə də almır. Əbəs yerə gürcü Çixradzeyə dünyanın ən bəxtəvər məşqçisi demirəm ki. Təqvim də elə bil onun üçün düzəldilib. Bir-birini ilk dəfə görən futbolçulardan qurulan AZAL-ı məğlub edəndən sonra daxili problemlərlə çarpışan “Xəzər Lənkəran” Zaqatalaya gəldi. Bundan yaxşı start harda ola bilər? Ardıcıl alınan üç məğlubiyyət isə Çixradzenin komandasının əsl gücünü ortaya qoymaqla yanaşı, vəziyyəti gərginləşdirib. Qarşıdan isə halva kimi oyunlar gəlir. “Sumqayıt”la “Bakı”nı ud, “qara zolaq”dan çıxdım” deyib, qəhrəmanlar kimi sinəni irəli ver. Turnir cədvəlində vəziyyəti heç də pis olmayan “İnter” də “kiçik qardaşına” əl borcu bir xalı əsirgəməz. “Sonra nə olacaq” sualını verməyə tələsməyin. Allah kərimdi, 3 oyuna 7 xal toplayandan sonra 4-5 oyun uduzub, “yenidən “qara zolağa” düşmüşük” demək də olar. Kimdi səni çarmıxa çəkən?
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm