Bizi izləyin

Ölkə futbolu

Neftçi”də mövqe müharibəsi

Baş məşqçi dəyişikliyi, ardıcıl 2 çətin oyundan …

blank
Baş məşqçi dəyişikliyi, ardıcıl 2 çətin oyundan top buraxmadan 4 xal götürülməsi “Neftçi”də nisbi sakitlik yaradıb. Qələbənin əzəli rəqib olan “Xəzər Lənkəran”la oyunda qazanılması, Qəbələ səfərində isə yaxşı oyunla əldə edilən xal Sadıq Sadıqova rahat nəfəs almaq imkanı verib. Amma…
 
…Amma klub prezidenti kreslosunda o qədər də rahat otura bilmir. Çünki indi də onu rəhbər postlara kadr təyinatlarına görə sıxma-boğmaya salıblar. Adamı başa düşmək olar, klubda çox adamın gözü var və dövlət büdcəsindən gələn puldan yemək istəyənlərin sayı çoxdu. Onu bir nəfərin qamarlayıb klubda vəzifə verdiyi qohumlarına dağıtması maraqlı şəxslərin ürəyincə deyil.
 
3 ölkə çempionluğu, 2 ölkə kuboku və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanılması Sadıqovun öz yerini toxunulmaz edib. Bu səbəbdən onun kreslosu laxlamır. Düzdü, bu mövsüm avrokuboklarda istənilən nəticənin əldə edilməməsindən sonra vəziyyət qeyri-sabit idi. Ancaq Sadıqov vitse-prezident Tahir Süleymanovun və baş məşqçi Böyükağa Hacıyevin istefaları sayəsində özünü qoruya bildi. Arif Əsədovun hələlik qənaətbəxş olan işi isə Sadıq bəyi rahatlayıb.
 
Bununla belə, yuxarıda qeyd etdiyimiz kimi, klubda indi də mövqe müharibəsi gedir. Sadıqov ətrafını elə möhkəmlətmək istəyir ki, növbəti uğursuzluqdan da sağ çıxsın. Ona sabah kreslosunu qorumaq üçün yenidən qurban verilməsi mümkün olan kadrlar lazımdı, onu əvəzləmək məqsədi ilə gətirilənlər yox. Məhz bu səbəbdən hətta “Partizan”la səfər oyunu ərəfəsində komandanın düşərgəsində görünən Zaur Axundovun “Neftçi”yə vitse-prezident kimi gəlişi əngəlləndi. Çünki Futzal Federasiyasının prezidenti olan Axundov bura da gələcək rəhbər kimi gəlmək istəyirdi.
 
İndi “Neftçi”də uğrunda vuruşulması lazım gələn strateji “nöqtə” vitse-prezident postudu. Bu posta müvəqqəti təyin olunmuş Mübariz Xudiyevin Tahir Süleymanovun xələfi kimi nə qədər duruş gətirəcəyi dəqiq deyil. Artıq xəbər verdiyimiz kimi, “ağ-qaralar”ın sponsoru olan SOCAR “Neftçi”yə vitse-prezident təyin etmək üçün namizədlər arasında seçim aparır. İş burasındadı ki, Dövlət Neft Şirkəti tərəfindən təyin olunacaq vitse-prezident həm də klub prezidenti Sadıq Sadıqova nəzarət edəcək. Daha doğrusu, kluba təyin olunacaq vitse-prezident Sadıqovun maliyyədən düzgün istifadə edib-etməməsinə diqqət yetirəcək. Saxtakarlıq, ehtiyac duyulmayan yerlərə vəsaitin dağıdılması halları aşkar olunanda isə bunun qarşısı alınacaq, lazım gələrsə vitse-prezident Sadıqova xələf olacaq.
 
Xudiyev Sadıq bəyin öz adamı, öz kadrıdı, neçə illərdi icraçı direktor kimi çalışır. Sadıqov onu SOCAR-dan gələcək yeni birisindən daha yüksək tutur, daha çox etibar edir. Bu səbəbdən həm prezident, həm də müvəqqəti təyin olunduğu postda daimi qalmaq istəyən Mübariz bəy yuxarı dairələrdə sözü keçən adam axtarır ki, ona dəstək olsun. Xudiyevin təyinatı ona görə əlveriçlidi ki, Sadıqov komandaya ayrılan pulları yenə istədiyi kimi xərcləyəcək, “Neftçi”də çalışan xalauşaqları, bacanaqlar, oğullar korluq çəkməyəcək. Eyni zamanda Mübariz bəyin sabah nəinki klub prezidenti olmayacaq, hətta lazım olanda mümkün uğursuzluğu üzərinə götürüb istefa da verəcək. Sadıq bəyə də onun kimi, müşaviri Elnur Əşrəfozlu kimi canlı sipərlər lazımdı, daha maliyyəyə nəzarət edən gələcək xələf yox.
 
Beləliklə, “Neftçi”də daxili təzyiq hələ də yüksəkdi. Komandanın nəticələri yaxşı olduğundan hələlik bu mərəz özünü komandanın sifətində büruzə vermir. Növbəti turda “Qarabağ”la oyunda mümkün xal itkisi çox şeyi dəyişə bilər. Çünki bu oyun komandanın potensialını ortaya çıxaracaq, qış “transfer pəncərəsi” üçün nə qədər büdcə lazım olduğuna aydınlıq gətirəcək. Sadıqovu da narahat edən məqam budur. Axı, komandaya ayrılan pulun miqdarı bəlli olana kimi daimi vitse-prezidentin kimliyi dəqiqləşməlidi.
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm