Ölkə futbolu
Subaşiç oynadı, komandası mərhələ adladı
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunla…
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü – Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" da ilk sınağına çıxıb.
Onun komandası "Çorum Belediyespor"un qonağı olub. Qarşılaşmanın ilk yarısında vurulan 4 qol qalibi müəyyənləşdirməyib – 2:2. İkinci hissədə və əlavə vaxtda da qol olmayınca, qalibi penaltilər müəyyənləşdirib. 4:3 hesabıyla üstün olan "Manisaspor" qələbə qazanaraq, mərhələ adlayıb.
Qeyd edək ki, Subaşiç bu oyunun 77-ci dəqiqəsində meydana çıxıb.