Ölkə futbolu
Rail "fərqləndi", komandası mübarizəni erkən dayandırdı
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunla…
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü – Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" da ilk sınağına çıxıb.
Onun komandası aşağı liqa təmsilçisi "Trabzon Akçaabat"ın qonağı olub. Qarşılaşmanın əsas vaxtında qol vurulmayıb. Railin komandası hətta rəqibin iki futbolçusunun meydandan qovulmasından da yararlana bilməyib. Nəticədə, qarşılaşmanın qalibini penalti seriyası müəyyənləşdirib. 4:2 hesabıyla üstün olan aşağı liqa təmsilçisi qələbə qazanaraq, mərhələ adlayıb. "Dənizlispor" isə mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Rail bu oyuna start heyətdə çıxıb. Sonadək meydanda olan futbolçumuz 49-cu dəqiqədə sarı vərəqə almaqla kifayətlənib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”