Ölkə futbolu
"Qarabağ"ın rəqibi sürpriz transferlər etməyə hazırlaşır
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rə…
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Milan "İnter"inin idman direktoru Pyero Ausilio komandanın qarşıdakı oyunları ilə bağlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, o, sürpriz transferlərlə komandanı daha da gücləndirəcəklərini bildirib:
"Qarşıda çətin oyunlarımız var. Bizi həm yerli çempionatda, həm də Avropa Liqasında ağır oyunlar gözləyir. Mən baş məşqçimizə güvənirəm. İnanıram ki, o, yeni komanda qurmaqda bizə kömək edəcək və uğurlu nəticələr qazandıracaq. Biz də komandanı gücləndirmək üçün əlimizdən gələni edirik. Bilirəm ki, hamı yeni transferlər istəyir. Lakin heyətə yeni oyunçu cəlb etmək çətin işdi. Onu da deyim ki, trasferlərlə bağlı yaxın vaxtlarda sürprizlərimiz olacaq".
Qeyd edək ki, qrupdakı ilk matçında Fransa "Sent-Etyen"i ilə qolsuz bərabərə qalan "Qarabağ" oktyabrın 2-də səfərdə İtaliya "İnter"i ilə qarşılaşacaq.