Premyer-liqa
AZAL derbiyə itkisiz hazırlaşır
AZAL Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində…
AZAL Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “İnter” ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" şənbə günü keçiriləcək oyuna hazırlığını davam etdirir.
Həftənin əvvəlindən başlayan məşqlər “AZAL Arena”da baş tutur. Məşqçi heyəti futbolçuların həm fiziki, həm də taktiki-texniki hazırlığını yüksəltmək üzərində işləyir. Bu gündən başlayaraq gündə 1 məşq olacaq. Düşərgədə zədəli futbolçunun olmaması baş məşqçi Tərlan Əhmədovu sevindirən məqamlardandı. (klub saytı)