Ölkə futbolu
Sadıq Sadıqov Güloğlan Cabbarova arxa çevirdi
“Neftçi”də daha bir ayrılıq yaşanıb. Futbolinf…
“Neftçi”də daha bir ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, daha əvvəllər Bakı klubunda hüquqşünas kimi çalışan Güloğlan Cabbarov komanda ilə yollarını birdəfəlik ayırıb.
Düzdü, onun “Neftçi”dən göndərildiyi daha əvvəl də açıqlanmışdı. Belə ki, 2013-cü ilin ölkə kubokunda etdiyi hərəkətlərə görə qəzəbə tuş gələn Cabbarov flaqmanda tutduğu postdan azad edilmişdi. Buna baxmayaraq, klub prezidenti Sadıq Sadıqovla yaxın dostluq münasibətlərinin olması Güloğlan bəyin komandada qeyri-rəsmi çalışmasına imkan yaratmışdı. Amma Sadıqov dostunun etdiyi hərəkətlərə çox da tab gətirə bilməyib. Belə ki, onun son vaxtlar mətbuatda qıcıq doğuran açıqlamaları Sadıqovun dostu ilə birdəfəlik yollarının ayırılması ilə nəticələnib. Sadıqov Güloğlan Cabbarovun komandada olan ab-havanı pozduğunu əlində əsas tutaraq, sadiq dostuna arxa çevirib.