Dünya futbolu
Pirlo ABŞ-a gedir
"Yuventus"un yarımmüdafiəçisi Andrea Pirlo yan…
"Yuventus"un yarımmüdafiəçisi Andrea Pirlo yanvarda klubu tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, onun "Los Anceles Qelaksi"yə keçidi gözləniləndi.
35 yaşlı futbolçu karyerasına son qoymuş London Donovanı əvəzləyəcək. Bu, təkcə meydanda deyil, həmçinin məvacib məsələsinə də aiddi. Xatırladaq ki, MLS liqasında iştirak edən hər klub bir futbolçusuna qoyulmuş reqlamentdən artıq əmək haqqı ödəyə bilər.
Qeyd edək ki, Pirlonun adı yayda da ABŞ klubu ilə hallanırdı.