Ölkə futbolu
"Qarabağ"ın rəqibindən xal itkisi
Futbol üzrə Fransa çempionatında 7-ci turun oyunları ke…
Futbol üzrə Fransa çempionatında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Bordo" ilə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. 31-ci dəqiqədə Rikki van Volfsvinkel "Sent-Etyen"i hesabda önə keçirsə də, qonaqlar bundan cəmi 8 dəqiqə sonra məğlubiyyətdən xilas olublar. Beləcə, qarşılaşma sülhlə bitib.
"Qarabağ"ın rəqibi 7 oyuna 14 xalla 3-cü pillədə qərarlaşıb.