Premyer-liqa
Cavid Hüseynov: "Oyun intizamı daha yaxşı olan üstünlük qazanacaq"
Topaz Premyer Liqasının 7-ci turunda “Qəbələ” “…
Topaz Premyer Liqasının 7-ci turunda “Qəbələ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli futbolçusu Cavid Hüseynov cənublularla Qəbələdə keçiriləcək görüş haqda fikirlərini klub saytına açıqlayıb:
“Həmişə olduğu kimi “Xəzər Lənkəran”la oyunda da meydana qalib gəlmək üçün çıxacağıq. Qalib gəlməklə turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirə, daha da yaxşılaşdıra bilərik. Bütün matçlar kimi bu qarşılaşmaya da hazırlıq öz qaydasında gedir. Verilən tapşırıqlar üzərində çalışırıq. Bütün matçlardakı kimi yenə 3 xal çox vacibdi. Qarşıda fasilənin yaranıb-yaranmamasından asılı olmayaraq bizim üçün ən əsası, ən vacib olanı qələbədir. Hər oyuna da qələbə üçün çıxırıq. “Xəzər Lənkəran”ın bu mövsüm keçirdiyi oyunları izləmişəm. Futbolda bəzən elə olur ki, yaxşı oynayırsan, amma qalib gələ bilmirsən. “Xəzər Lənkəran” da məhz bu halla üzləşib. Hər oyun yaxşı oynayırlar. Amma qol vura bilmirlər. Mənə elə gəlir ki, qarşıdakı matçda oyun intizamı daha yaxşı olan üstünlük qazanacaq. İmkanlardan daha tez kim istifadə etsə, ilk qolu kim vursa, o da qalib gələcək".
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”