Bizi izləyin

Premyer-liqa

Azərbaycan derbisi və autsayder savaşı

Bu gün və sabah Topaz Premyer Liqasında 7-ci turun oyunları ke…

blank
Bu gün və sabah Topaz Premyer Liqasında 7-ci turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən öncə baş tutacaq turun görüşləri iki gündə reallaşacaq.
 
Həftənin mərkəzi oyunu “Neftçi” və “Qarabağ” arasında olacaq. Milli çempionatlar tarixində güclülər dəstəsinin daimi iştirakçısı olan iki komanda 57-ci dəfə qarşılaşacaq. Bu oyunadək eyni sayda (17) qələbəyə malik rəqiblərin duellərində “Neftçi” yalnız top fərqində öndədi – 54:52. Amma son 4 oyunda cəmi 2 xal qazanan bakılılar öz meydanındakı 4 qarşılaşmada 1 heç-heçə edə bilib. Tərəflər bütövlükdə 22 dəfə meydanı sülhlə tərk ediblər. Son çempionla kubokun qalibi mövsümə çox yaxşı başlamasa da, hər halda turnir cədvəlinin üst pillələrindədilər. Meydan sahibi olaraq müəyyən üstünlüyə malik Arif Əsədovun komandası qalib gəlsə, liderlər qrupunda mövqeyini möhkəmləndirəcək. Ağdam təmsilçisi qalib gələcəyi halda isə, ən azı "Neftçi"ni qabaqlamış olacaq. Baxmayaraq ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyun ərəfəsində bu komandanın Azərbaycan derbisində tam gücü ilə mübarizə aparması bir o qədər də inandırıcı görünmür.
 
Bu oyunla eyni saatda “Bakı” doğma meydanda “Araz Naxçıvan”la qarşılaşacaq. 13 ildən sonra yeni ad altında üz-üzə gələcək komandalar 5-ci duelə çıxacaq. Bu oyunlarda minimal üstünlük Naxçıvan təmsilçisinin tərəfindədi. Onlar son iki oyunda da qalib gəlib. Bir qarşılaşmada zolaqlılar sevinibsə, daha bir qarşılaşma sülhlə bitib. Top fərqində isə naxçıvanlılar öndədilər – 6:2. İlk turda "Neftçi" üzərindəki qələbədən sonra bir qayda olaraq, məğlubiyyətləri sıralayan Əsgər Abdullayevin komandası uğursuz gedişata son qoymaq üçün yaxşı şansa malikdi. Rəqib düşərgədə isə vəziyyət daha acınacaqlıdı. Maliyyə problemlərindən əziyyət çəkən, gənclərin ümidinə qalan "zolaqlılar" son turda da "İnter"ə biabırçı hesabla uduzub. Bakılılar özü kimi autsayderə çevrilən "Araz Naxçıvan"la görüşdə həmin yenilgini unutdurmağa çalışacaq. Mümkündü ki, paytaxt təmsilçisi yeni mövsümdə ilk qələbəsini də qazansın. Amma bunun heç də asan olmayacağı dəqiqdi.
 
Günün son oyununda isə lider "İnter" səfərdə AZAL-la qarşılaşacaq. 23-cü paytaxt derbisi öncəsi “İnter” daha çox qələbə qazanıb – 7. Son 3 qarşılaşmada qalib gələn bu komanda rəqib meydanında 4 matçdı ki, uduzmur. AZAL paytaxt derbilərində cəmi 5 dəfə qalib gəlib. Daha 10 qarşılaşmada isə heç-heçə qeydə alınıb. “İnter” top fərqində də cüzi üstünlüyə malikdi – 19:18. "Bankirlər" bu görüşdə də favoritdilər. Yeni mövsümə yaxşı başlayan, hazırda turnir cədvəlinə başçılıq edən bu komanda sərgilədiyi futbola görə AZAL-dan daha üstün görünür. Tərlan Əhmədovun komandası isə əksinə, qeyri-sabit çıxışı ilə seçilir. Son turda "Sumqayıt"ı lider kürsüsündən endirən "təyyarəçilər"in bu dəfə də "İnter"ə eyni aqibəti yaşatmağı nə dərəcədə bacaracağını zaman göstərəcək.
 
Son oyun günündə öncə “Simurq” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. “Simurq” 10 dəfə qarşılaşdığı rəqibi ilə oyunlarda böyük üstünlüyə malikdi. Bu komanda əvvəlki görüşlərin 9-da qələbə qazanıb. “Sumqayıt”ın uduzmadığı yeganə qarşılaşma son duelə təsadüf edib. Zaqatala təmsilçisi öz meydanında xal da itirməyib. Top fərqi də "Simurq"un xeyrinədi – 17:4. Georgi Çixradzenin komandası son 3 turda üzləşdiyi məğlubiyyətləri unutdurmağa çalışacaq. Cari mövsümə çox uğurlu başlayan Aqil Məmmədovun komandası isə tarixində ilk dəfə "Simurq"a qalib gəlmək üçün mübarizə aparacaq. Amma bu komandanın çətin səfərdən hətta 1 xalla qayıtması da uğur sayıla bilər.
 
Turun qapanış matçında isə “Qəbələ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Qeyri-sabit oyun sərgiləyən tərəflərin bu duelində kimin güləcəyi maraqla gözlənilir. Əyalət klublarının 23-cü çempionat matçına qonaqlar üstünlüklə çıxacaq. “Xəzər Lənkəran” oyunların yarıdan çoxunda (12-də) qalib gəlib. Cənublular son iki oyunda 3 xal qazanıb. “Qəbələ” son 3 ev matçının hərəsində 2 qol vurub. Əvvəlki görüşlərin 5-də heç-heçə qeydə alınıbsa, 5-də də "Qəbələ" qalib gəlib. Top fərqində də qəbələlilər geridədi – 19:31.
 
Topaz Premyer Liqası
7-ci tur

27 sentyabr
 
16:00. Neftçi – Qarabağ
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
16:00. Bakı – Araz Naxçıvan
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Teymur Fərhadov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
17:00. AZAL – İnter
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Rza Məmmədov, Mahir Məmmədov
Bakı. “AZAL Arena”.
 
28 sentyabr
 
18:00. Simurq – Sumqayıt
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu.
 
19:00. Qəbələ – Xəzər Lənkəran
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu.
 
1
İnter
6
4
1
1
19
3
+16
13
2
Sumqayıt
6
4
0
2
8
7
+1
12
3
Neftçi
5
3
1
1
4
4
0
10
4
Qəbələ
6
3
1
2
6
7
–1
10
5
Qarabağ
5
2
2
1
6
5
+1
8
6
Xəzər L
6
2
1
3
4
5
–1
7
7
AZAL
5
2
1
2
4
7
–3
7
8
Simurq
5
2
0
3
6
5
+1
6
9
Araz N
5
1
0
4
4
7
–3
3
10
Bakı
5
0
1
4
3
14
–11
1
 
Bombardirlər:
4
– Mikel Alvaro (İnter)
3 – Baçana Sxadadze (İnter), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm