Bizi izləyin

Ölkə futbolu

"Neftçi"nin solğun çiçəkləri

Proqnoz həvəskarı olan dostlarımdan biri şənbə günü z…

blank
Proqnoz həvəskarı olan dostlarımdan biri şənbə günü zəng vurmuşdu. Hal-əhval tutduq, xoş-beş elədik. Mövzuya birbaşa keçməsə də, məqsədini bilirdim. Söhbəti hara fırlatsaq da, axırda “qardaş, “Neftçi” – “Qarabağ” oyununa nə yazaq?” soruşacaqdı. Gözlədiyim kimi də oldu. Lovğalıq kimi olmasın. Gülümsədim, “Qarabağ” udmalıdı, çünki “Neftçi”dən güclüdü” dedim.
Əslində, həmin qarşılaşmaya proqnoz vermək üçün hansısa xüsusi qabiliyyətə, münəccimlik bacarığına ehtiyac da yoxdu. Yetər ki, oyundan əvvəl əlinə xəyali bir tərəzi götürüb, komandaları həmin tərəzinin gözünə qoyasan. Müqayisədə hansı ağır gələcək? Çox hörmətli Arif Əsədov bizdən inciməsin. Eləcə də, hər cür fədakarlığa dözən “Neftçi” azarkeşləri. Hazırkı “Neftçi” solğun çiçəkləri xatırladır. Mövsümün gedişində komandanı qəbul edən Arif bəyin əlində “sehiri çubuq” olmalıdı ki, bu heyətdən çempionluq mübarizəsi apara biləcək komanda düzəldə bilsin. Belə çubuq isə ancaq nağıllarda olur. Fransanın ən güclü komandalarından birini öz “yuvasına” qısılmağa məcbur edən, Hollandiya “Tvente”sini avrokuboklardan kənarlaşdıran “Qarabağ”ı bu komanda necə məğlub edə bilər?
Məncə, Arif bəy məğlubiyyəti hakim səhvlərinə bağlamaqla bir az hissə qapılır. Klub rəsmiləri isə stəkanda fırtına yaratmaqla məsuliyyətdən yayınıb, gündəmi dəyişməyə cəhd edirlər. Tahir Süleymanovla yollarını ayırıb, Elnur Əşrəfoğlunu yanına çağıran Sadıq Sadıqov rahat ola bilər. İkinci kadrı öz işini heç də birincidən pis bacarmır. Elnur bəyin oyundan sonra verdiyi açıqlamaları, “Orxan Məmmədovun Qəbələdə evi yandırılmışdı” sözlərini oxuyarkən belə qənaətə gəlmək mümkündü. Bu nə deməkdi? Yoxsa, klub prezidentinin müşaviri fanatlara ötənilki olayları xatırladıb, nəyəsə işarə vurur? Yenidən kiminsə evi yandırılsın?
Yuxarıda qeyd etdiyim kimi, məğlubiyyətin səbəbini tapmaq üçün tərəziyə əl atmaq kifayətdi. “Neftçi”də bu gün kimlər oynayır? Qapıçı Saşa Stamenkoviçin məşqçisizlikdən və rəqabətsizlikdən əziyyət çəkdiyi göz önündədi. Penalti epiozdunu bir kənara qoyuram. Məgər, ikinci və üçüncü qolda Saşanın səhvi yox idi? Nikolas Kanales meydanda daxil olanda “Neftçi” aut atışı yerinə yetirirdi. Bu həmin Kanalesdi ki, onu böyük ümidlərlə Çilidən Bakıya çağırıblar. Düşündüm ki, Kanalesin oyuna daxil olduğu anda “ağ-qaralar” topu xüsusi dəqiqliklə autdan oyuna daxil edəcək, Şehiçin qapısı qarşısında təhlükə yaradacaqlar. Əvəzində hücumçu heç mövqeyinə çatmamış aut atıldı və top dərhal da rəqibə “bağışlandı”. Cəmisi 12 dəqiqə sonra “köhlən atlar” eyni vəziyyətdən 2-3 ötürməylə Muarrem Muarremi Stamenkoviçlə üz-üzə qoydular və ikinci qol vuruldu. Başqalarını ittiham etməkdənsə həmin epizoda baxmaq, öz müdafiəçilərinizin davranışlarını incələmək daha uğurlu addım deyilmi, əzizlərim?
Üçüncü qoldan əvvəl qayda pozuntusunun olduğu iddia edilir. Həmin epizodun davamında qonaqlar meydanın təxminən 60-70 metrlik hissəsini asanlıqla keçir, Vüqar Nadirov həvəskar komandalarla oynayırmış kimi Stamenkoviçi də geridə qoyur və fərqlənir. Futbol bu deyilsə, bəs nədir? Məlum məsələdi ki, oyunun sonlarından fiziki və psixoloji cəhətdən çökmüş futbolçular əvəzetmələrlə gücünü qoruyan “Qarabağ”a müqavimət göstərə bilmirdilər. “Neftçi” belə acınacaqlı vəziyyətə bu gün düşməyib. “Koper”lə oyundan bəri “ağ-qaralar” haqqında yazdığım, dediyim bütün sözlərin üstündə dayanıram. Problemin kökü isə ondan da əvvələ gedir çıxır. Ta ovaxta ki, Nazim Süleymanov gələcəyin necə olacağını görüb, istefa ərizəsini Sadıq bəyin stolunun üzərinə qoymuşdu. Bu heyət, bu futbolçular solub. Çiçəkləri sulamaq, köklərini gücləndirmək, artıq budaqları qoparmaq lazımdı. Yoxsa, bu “solğun çiçəklər” əhvalınızı hələ çox korlayacaq. Bəhanəylə uzağa getmək olmaz.

 

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm