Premyer-liqa
Oğuz Çətin: "Oyunçularımdan razı qaldım"
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Ç…
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“7-ci oyunumuzu keçirdik. Bu müddət ərzində problemlərimiz eynidi. Yaxşı hücumlar qurur, oyuna nəzarət edirik. Amma çox adi bir epizodda qol buraxırıq. Mən futbolçularımdan razı qaldım. Komanda məğlub duruma düşsə də, sonra toparlandı, qol vurdu. 2 xal itirdiyimiz üçün narahatam. Bunun fonunda mübarizədən qopmayan oyunçularımı təbrik edirəm. Konkret olaraq, ad çəkmək istəmirəm. Lakin məlumdu ki, heyətdə yer alan bəzi futbolçular öz potensialından aşağı səviyyədə çıxış etdilər. Düşünürəm ki, milli üzvləri bu fasilədən sonra özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Xüsusən də, qol nöqtələrində daha bacarıqlı olmalıyıq. Oyunçuların mübarizəsindən razıyam, sadəcə oyun baxımından çatışmazlıqlarımız var”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib