Premyer-liqa
Qəbələdə centlmenlik davası
Topaz Premyer Liqasının 7-ci turunda "Qəbələ" – "X…
Topaz Premyer Liqasının 7-ci turunda "Qəbələ" – "Xəzər Lənkəran"la heç-heçə oynadı. Futbolinfo.az xəbər verir ki, qarşılaşmada komandalar hərəyə bir dəfə fərqlənə bildi.
Qarşılaşma ərzində diqqəti çəkən məqamlardan biri də "qırmızı-qaralar"ın qapıçısı Kamran Ağayevlə Lənkəran klubunun yarımmüdafiəçiləri Rahid Əmirquliyev və Rəşad Sadiqov arasında yaşandı. Belə ki, qonaq komandanın futbolçusu zədələnib, yerdə qalarkən komanda üzvləri topu meydandan çıxardı. Amma Kamran Ağayev topu meydana daxil edəndə onu meydanın "Xəzər Lənkəran"a aid olan hissəsində künc bayrağına yaxın vurması əvvəlcə Rahidin narazılığına səbəb oldu. Kamran isə öz növbəsində and-aman edərək bunu bilərəkdən etmədiyini bildirdi. İş burasındadı ki, Ağayevin ilk hissədə etdiyi hərəkəti Rəşad Sadiqov təkrarladı. Ağayev də öz növbəsində yenə ilk hissədə həmin hərəkəti bilərəkdən etmədiyini Sadiqova xatırlatsa da, bu, heç nəyi dəyişmədi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza