Dünya futbolu
"İnter"in prezidenti "Qarabağ"la oyundan öncə komandasına nə dedi?
Milan "İnter"inin prezidenti Erik Tohir "Qarabağ"…
Milan "İnter"inin prezidenti Erik Tohir "Qarabağ"la Avropa Liqasının qrup mərhələsi matçı öncə komandanı ruhlandırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun idman direktoru Pyero Ausilio mətbuata açıqlamasında məlumat verib.
Onun sözlərinə görə ötən gün "Kalyari" qarşısındakı 1:4 hesablı məğlubiyyətdən sonra soyunub-geyinmə otağına daxil olan indoneziyalı iş adamı komandasına bu fikirləri çatdırıb: "Bu məğlubiyyətə görə hamımız məyusuq. Amma sizdən Avropa Liqasında müsbət bir mesaj gözləyirəm. "İnter" böyük klubdu və dərhal toparlanmalıdı. Artıq "Kalyari" ilə matçı unutmaq lazımdı".
Qeyd edək ki, "İnter" – "Qarabağ" matçı oktyabrın 2-də İtaliyada keçiriləcək.