Dünya futbolu
"Qalatasaray"la oyun öncəsi 7 zədəli
Çempionlar Liqasının qrup mərhələsində oktyabrın 1-də d…
Çempionlar Liqasının qrup mərhələsində oktyabrın 1-də doğma meydanda "Qalatasaray"la, 4 gün sonra isə Premyer Liqada "Çelsi" ilə səfərdə üz-üzə gələcək "Arsenal" bu oyunlara ciddi itkilərlə çıxacaq. Futbolinfo.az xəbər verir ki, hazırda komandanın 7 futbolçusu zədəlidi.
Bu barədə London klubunun baş məşqçisi Arsen Venger də məlumat verib: "Remzinin dizaltı qığırdağı, Uilşirin əzələsi , Artetanın isə dabanı zədələnib. Arteta və Remzi oynaya bilməyəcək. Bu dəqiqdi. Uilşirin isə oynaması sual altındadı. Bundan əlavə, daha 4 nəfəri itirmişik. Jiru və Debüşi də siyahıya əlavə edin. Onlar uzun müddətə sıradan çıxıblar, həmçinin Uolkott. Diabi də hələ ki, oynaya bilməz. Bu səbəbdən də heyətlə bağlı bir qədər qorxum var".