Dünya futbolu
“Roma” və "Arsenal"ın fransalı savaşı
İtaliyanın "Roma" klubu PSJ-nin yarımmüdafiəç…
İtaliyanın "Roma" klubu PSJ-nin yarımmüdafiəçisi Adrian Rabyo transfer etmək üçün bütün vasitələrə əl atmağa hazırdı. Futbolinfo.az xəbər verir ki, “canavarlar” 19 yaşlı yarımmüdafiəçinin keçidində israr edir.
Paytaxt təmsilçisi gənc fransalı ilə yanvarda müqavilə imzalamaq fikrindədi. Ancaq bu, baş tutmasa belə, italyan klubu gələn yay mövsümündə Rabyonu heyətinə qatmağı planlaşdırır. Paytaxt təmsilçisinin bu mübarizədəki əsas rəqibi isə İngiltərə "Arsenal"ıdı.
Qeyd edək ki, Adrien Fransa klubu ilə müqaviləni yeniləməsə, gələn yay azad agent statusunda olacaq.