Premyer-liqa
“Simurq” rəhbərliyini VİP-lojaya buraxmadılar
“Bakı” – "Simurq" qarşılaşması bir sıra ol…
“Bakı” – "Simurq" qarşılaşması bir sıra olaylarla yadda qaldı. Futbolinfo.az-ın oyuna ezam olunmuş müxbirinin diqqətini isə 2 klub rəhbərləri arasındakı münasibət cəlb etdi.
Belə ki, Zaqatala təmsilçisinin prezidenti Anar Bəkirov matçı ümumi tribunadan ayaq üstə izlədi. Bəkirov və klubun idarə heyətində çalışanlar VİP-lojaya təşrif buyurmamışdı. Havanın soyuqluğu və tribunaların yaxşı vəziyyətdə olmaması sözsüz ki, Anar bəyin ürəyincə deyildi.
Bəkirovun VİP-lojaya qalxmaması üzündən bir sıra suallar meydana çıxır. Yəqin ki, klub prezidenti "Bakı"nın vitse-prezidenti Yaşar Seyidovun sözügedən yerdə olmasından xəbərdar idi. Maraq üçün bildirək ki, zaqatalalılar yay fasiləsində bakılıların iki futbolçusunu – Vüqar Bəybalayevlə Vadim Abdullayevi bir qəpiksiz öz heyətlərinə qatanda Seyidov öz narazılığını saytımıza müsahibəsində açıq-aşkar bildirmişdi. Yaşar bəy haqqlarını halal etmədiklərini qeyd etmişdi. Görünür bu səbəbdən də Anar bəy Seyidovla üz-üzə gəlməkdən imtina edib, buna görə də rahat yeri qoyub, matçı küləkli və soyuq havada, azarkeşlərin içində izləməyə məcbur olub. Seyidov isə öz növbəsində hesabda irəli olmalarının dadını VİP-lojada çıxarırdı.
Düzü, məsələni Seyidovun özündən də öyrənməyə cəhd etdik. Yaşar bəy öz növbəsində ilk hissədən sonra Bəkirovu VİP-lojaya dəvət etdiyini gülərək bildirdi.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq