Dünya futbolu
ÇL-də bir ölkədən 5 klub
UEFA gələn mövsümdən etibarən Çempionlar Liqasın…
UEFA gələn mövsümdən etibarən Çempionlar Liqasında yenilik edəcək. Futbolinfo.az xəbər verir ki, qurum turnirdə bir ölkəni 5 klubun təmsil etməsinə icazə verəcək.
Əgər Avropa Liqasını qazanan klub Çempionlar Liqasına 4 komanda göndərmək haqqına malik üç ölkədən birini təmsil edərsə, sözügedən vəziyyət yaranacaq.
Bu ildən etibarən Avropa Liqasını qazanan klub növbəti ildən birbaşa Çempionlar Liqasında mübarizə aparacaq. Əgər bu klub İngiltərə, İspaniya, Almaniyanı təmsil edərsə və daxili çempionatı 4-cü sıradan daha aşağı bir nəticə ilə tamamlayıbsa, o zaman 4-cü olan klubla Avropa Liqasının qalibi birlikdə Çempionlar Liqasında yarışmaq hüququ qazanacaq.
Xatırladaq ki, 2012-ci ildə "Tottenhem" İngiltərə Premyer Liqasında 4-cü pilləni tutmuşdu. Ancaq həmin il daxili çempionatı 5-ci sırada bitirməsinə baxmayaraq Çempionlar Liqasında qalib olan "Çelsi" "Tottenhem"in əvəzinə mötəbər turnirdə iştirak etmək hüququ qazanmışdı. 2005-ci ildə isə İngiltərə ÇL-da 5 komandayla təmsil olunmuşdu. Çempionlar Liqasının qalibi olan "Liverpul" Premyer Liqanı 5-ci pillədə bitirməsinə baxmayaraq UEFA "mersisaydlılar"ın birinci təsnifat mərhələsindən mübarizəyə qoşulmasına icazə vermişdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib