Dünya futbolu
Məlikov və Mehdiyevin komandaları sülh bağladı
Türkiyə PTT 1-ci Liqasında 5-ci turun oyunları keçirili…
Türkiyə PTT 1-ci Liqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Rail Məlikovun komandası "Dənizlispor" da növbəti matçına çıxıb.
Dənizlilər doğma meydanda digər azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası "Giresunspor"u sınağa çəkib. Qarşılaşma 0:0 hesabıyla başa çatıb. Məlikovun adı bu matçın iştirak ərizəsinə daxil edilsə də, sona qədər ehtiyat oyunçular skamiysında gözləyib. Meydiyev isə heç matçın ümumi heyətində də yer almayıb.
Qeyd edək ki, hazırda Railin komandası 7 xalla cədvəlinin 5-ci, "Giresunspor" isə 4 xalla 11-ci yerdə qərarlşır.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib