Dünya futbolu
Alveş DÇ-2014-dəki biabırçı məğlubiyətdə jurnalistləri günahlandırdı
Braziliya millisinin üzvü Dani Alveş DÇ-2014-də qey…
Braziliya millisinin üzvü Dani Alveş DÇ-2014-də qeydə alınan 1:7 hesablı Almaniya məğlubiyyətini jurnalistlərin üzərinə yıxıb. Futbolinfo.az xəbər verir ki, o, Almaniya ilə görüşə yaxşı hazırlaşa bilmədiklərini söyləyib:
"Bizim yüksək səviyyəli oyunçularımız varıydı. Ancaq mətbuat bizə məşq etməyə imkan vermədi. Digər komandalara baxın. Onların məşqinin yalnız 15 dəqiqəsi mətbuat üçün açıqıydı. Normal olan budu. Braziliyanı isə jurnalistlər 24 saat boyunca izləyirdilər. Qalib gələndə Braziliya mediası sizi tərifləyir. Əgər məğlub olmusansa, onlar bunu üzünə vururlar. Fikrimcə, əsas problem artıq diqqətiydi".
Yeri gəlmişkən, Alveşin gələn mövsümdən etibarən İngiltərədə çıxış edəcəyilə bağlı verdiyi açıqlama ingilis mətbuatında böyük səs-küy yaradıb. Artıq ada qəzetlərində braziliyalının hansı kluba keçəcəyilə bağlı xəbərlərin sayı durmadan artır. "Daily Star"ın məlumatına görə, "Mançester Siti", "Mançester Yunayted" və "Liverpul" onunla yaxından maraqlanır. Ancaq Alveş "şəhərlilər"in heyətində çıxış etmək istəyir. Media böyük ehtimalla Daninin növbəti mövsümdən etibarən "Mançester Siti"də oynayacağını xəbər verib.