Dünya futbolu
İtaliyalı məşhur futbolçu karyerasını başa vurur
İtaliya millisinin sabiq futbolçusu Marko Di Vayo cari mö…
İtaliya millisinin sabiq futbolçusu Marko Di Vayo cari mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, hazırda Kandanın "Monreal İmpekt" klubunda mıxış edən hücumçusu fikrini belə izah edib:
"20 ilin ardından şadam ki, karyeramı "İmpekt" oyunçusu kimi Monrealda bitirəcəm. Özümlə fəxr edirəm, çünki iki 10 illik ərzində peşəkar futbol oynadım. Yüksək səviyyədə oynamaq mənim xəyalımıydı. Son ayımı ən yaxşı şəkildə keçirməyə çalışıram".
Qeyd edək ki, Di Vayo peşəkar karyerasına "Latsio"da başlayıb. Hücumçu həmçinin "Bari", "Verona", "Salernitana", "Parma", "Yuventus", "Valensiya", "Monako", "Cenoa", "Bolonya" və "Monreal İmpekt" kimi klublarda da oynayıb. 38 yaşlı forvard 1 dəfə "Yuventus"la İtaliya A Seriyasının, 1 dəfə "Parma" ilə İtaliya kubokunun və 2 dəfə "Monreal İmpekt"lə Kanada çempionatının qalibi olub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar