Dünya futbolu
Raul karyerasını ABŞ-da davam etdirəcək
İspaniya millisinin və Madrid “Real”ının sabiq kapitan…
İspaniya millisinin və Madrid “Real”ının sabiq kapitanı Raul Qonzales karyerasını bitirmək fikrində deyil. Futbolinfo.az xəbər verir ki, bu haqda AS xəbər yayıb.
37 yaşlı hücumçu futbol həyatını davam etdirmək üçün ABŞ-a yollanıb. O, "Nyu-York Kosmos" ilə mümkün müqavilə detallarını müzakirə edib və hətta sözügedən klubun oyununa da gedib. Danışıqların rəsmi nəticələrinin yaxın günlərdə elan olunacağı gözlənilir.
Qeyd edək ki, Raul karyerasının böyük hissəsini "Real"da keçirib. O, 3 Çempionlar Liqası daxil olmaqla ümumilikdə 16 kubok qazanıb. Madrid klubundan ayrıldıqdan sonra 37 yaşlı futbolçu "Şalke" və "Əl-Sədd"də oynayıb.