Dünya futbolu
Daha bir "Arsenal"lı millidən kənarlaşdırıldı
İngiltərənin "Arsenal" klubu daha bir itki ilə üzl?…
İngiltərənin "Arsenal" klubu daha bir itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Loran Koselni sıradan çıxıb.
Belə ki, Fransa millisinin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki Portuqaliya və Ermənistan matçların üçün heyətə çağırılan 29 yaşlı müdafiəçi geri göndərilib. Daban vətərindən zədələnən fransalı futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacağı hələlik məlum deyil.
Qeyd edək ki, "Arsenal"ın aparıcı futbolçularından olan Məsut Özül də zədə səbəbindən Almaniya nillisinə çağırılmayıb.