Dünya futbolu
Əfsanələrin “El Klassiko”su
İki İspaniya nəhəngi "Barselona" və "Real"ın…
İki İspaniya nəhəngi "Barselona" və "Real"ın canlı əfsanələri üz-üzə gələcək. Futbolinfo.az xəbər verir ki, əzəli rəqiblərin əfsanəvi futbolçuları "Panama Legends Cup" çərçivəsində qarşılaşacaqlar.
Artıq oyunun tarixi də bəllidi. Matç oktyabrın 11-də Panamada keçiriləcək.
Sözügedən oyunda Rivaldo, Luiş Fiqu, Kristian Karambe, Patrik Kluyvert və bir sıra digər məşhur futbolçuların forma geyəcəyi dəqiqləşib.