Digər idman növləri
17 yaşlı braziliyalıdan nadir göstərici
Braziliyalı tennisçi Joao Fonseka 17 yaşında ATP-500 turnirinin 1/4 finala yüksəlib. O, Kristian Qarinə qalib gəlib – 6:4, 6:4. Növbəti mərhələdə onun rəqibi Navone olacaq.
Fonseka tarixdə ATP 500-ün 1/4 finalına yüksələn ikinci 17 yaşlı gənc olub. Bu nailiyyətə ilk dəfə 2014-cü ildə Hamburqdakı turnirdə eyni mərhələyə yüksələn Aleksandr Zverev müvəffəq olmuşdu.
Fonseka reytinqdə 655-ci yerdədir. O, gələn həftə ilk 350 nəfər siyahısına düşəcək.
“Arzularım gerçəkləşir, amma nəyə nail olduğumu hələ dərk etməmişəm. Davam etmək istəyirəm. Qələbələrə görə çox sevinirəm, amma istəyim daha da irəli getməkdir. Son bir ildə təkcə texniki deyil, həm də zehni və fiziki baxımdan təkmilləşmişəm.
Kristianın təcrübəli oyunçu olduğunu bilirdim. Matçın əvvəlində bir az daha gərgin idim. Amma tez uyğunlaşdım, diqqətimi cəmlədim və azarkeşlərin köməyi ilə qalib gələ bildim”, – deyə gənc braziliyalı fikirlərini bölüşüb.