Premyer-liqa
"Sumqayıt" "Neftçi" matçına hazırlığı davam etdirir
Topaz Premyer Liqasının növbəti turu çərçivəsi…
Topaz Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" bu matça hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, həftəsonu ikitərəfli oyun keçirən Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Zədəli olan Bəxtiyar Həsənalızadə fərdli məşqlərlə kifayətlənib.
A milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov, U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.
"Sumqayıt" – "Neftçi" oyunu oktyabrın 17-də "Kapital Bank Arena"da keçiriləcək və saat 16:00-da start götürəcək. (klub saytı)