Bizi izləyin

Ölkə futbolu

“GR Football Agency” iddialı gəlir: “Kömək istəmirik, mane olmasınlar”

“GR Football Agency” şirkətinin rəhbəri, FİFA agenti …

blank
“GR Football Agency” şirkətinin rəhbəri, FİFA agenti Günel Rusman redaksiyamızın qonağı olub. Ölkə futbol ictimaiyyətində yetərincə tanınan menecer saytımıza müsahibə verib. Günel xanım müsahibsində bir sıra maraqlı məqamlara aydınlıq gətirib. O, yeni rəhbəri olduğunu şirkətin qarşıdakı illərdə görəcəyi işlərin ölkə futboluna xeyir verəcəyini düşünür.
 
– Artıq qış “transfer pəncərəsi” yaxınlaşmaq üzrədi. Qışa hazırlığınız necə gedir?
– Hazırlığımız yüksək səviyyədədi. Sadəcə, 2 il bundan öncə açdığım “GR Football Agency” şirkəti indi fəaliyyətə başlayır. Futbolla bağlı ideyalarımız, planlarımız var. Əlbəttə ki, yaxşı transferlər etməyə çalışacağıq. Futbola ilk gəldiyim gündən azərbaycanlı futbolçuları xarici klublara aparmaq istəyirəm. Bunun üzərində yeni çalışmalar quracağıq. Bu fikirimdən hələ də daşınmamışam. Xarici klublara aparmaq istədiyim futbolçular cavanlar olacaq. Gənc oyunçular Türkiyə PTT 1-ci liqasına gedib, bununla kifayətlənməli deyil. Biz futbolçularımıza qarşı tələbkarıq, belə də davam edəcəyik. Futbolçuların PTT 1-ci liqasında çıxışını təmin edib, orada Superliqa, yaxud da Avropanın digər klublarına keçidini rəsmiləşdirməyə çalışacağıq. Futbolçulardan tələbimiz öz üzərində maksimum işləmələri olacaq ki, biz də istəyimizə çata bilək.
 
– Niyə Avropaya gedən yol PTT 1-ci liqadan keçir?
– Bilirsiz, dünyanın ən yaxşı komandaları olan ölkələrinin özlərinin də yaxşı futbolu və futbolçuları var. Elə ölkələrin komandalarına bizim futbolçuları transfer etmək həddindən artıq çətindi. Ona görə tramplin olaraq Türkiyənin 1-ci liqasından istifadə edirik. Onu da nəzərə almaq lazımdı ki, qardaş ölkənin menecerləri bizim futbolu yaxından izləyirlər. Buna görə də Türkiyə Superliqasında bizim futbolçuların çıxış etməsi elə də çətin olmaz. Amma ilk növbədə bunu bizdən çox futbolçunun özü arzulamalıdı. Oyunçunun hədəfi yüksək olmalıdı.
 
– Amma nəzərə almaq lazımdı ki, buna qədər PTT 1-ci liqasına üz tutan futbolçularımız elə də ciddi heç nə ilə yadda qalmayıblar. Qısa müddətdən sonra vətənə qayıdıblar…
– Əla sualdı. Bilirsiz, bizim futbolçularımızın problemi nədədi? Futbolçularımız sadəcə, menecerlə işləmək qabiliyyətinə malik deyillər. Oyunçu menecerlə işləməyi bacarmalıdı. Menecer yaxşı, yaxud da pis – öz cibini fikirləşdiyinə görə çalışacaq ki, futbolçunu yaxşı bir komandaya transfer etsin. Elə menecerlər var ki, onlar iddialı olduqları üçün futbolçularının qədrini bilirlər. Mən hər zaman millimizin üzvlərinin PTT 1-ci Liqasında oynamalarının əlehinə olmuşam. Bunu heç onlara yaraşdırmıram da. Ən azından fikirləşirəm ki, futbolçular öz qədirlərini bilməlidirlər. Ölkə çempionatında oynamaq Türkiyənin birinci divizionunda oynamaqdan daha yaxşıdı. Hələ də başa düşə bilmirəm ki, 25-26 yaşlı futbolçu Türkiyə PTT 1-ci Liqasında hansı karyeranı güdür. Sən artıq millinin üzvüsən, birinci liqada oynamağı necə özünə sığışdırırsan axı. Nəzərə almaq lazımdı ki, ölkələr arasındakı çempionatların da elə ciddi fərq yoxdu. Sadəcə, onlara diqqət edən çoxdu. Türkiyə futbolçuları bizimkilərdən daha çox öz üzərlərində çalışırlar. Özünə hörmət edən istənilən futbolçunun meneceri olmalıdı. Futbolçunun menecerdən tələbləri, şərtləri olmalıdı. Futbolçu hansısa bir ölkənin birinci divizionunda oynamağı heç ağlından belə keçirməli deyil. Bu, cavanlara aiddi. Gənclər PTT 1-ci Liqasında öz üzərilərində çalışıb, 1-2 ilə yüksək yerlərə qalxmalıdı. Yox, 1-2 ilə futbolçu artırmırsa, deməli, öz üzərində çalışmır. Biz şirkət kimi əlimizdən gələni edəcəyik. Əsas futbolçunun özüdü. Futbolçunun yerinə oynamayacağıq ki. Futbolçu üçün yüksək səviyyədə şərait düzəldilirsə, o da bundan istiafdə edib, yaxşı təsir bağışlamalıdı. Futbolçunun meneceri olduğu halda, o, klubla düzgün müqavilə imzalayır. Müqavilə imzaladığı halda onun klubla maliyyə ilə bağlı heç bir problemi ola da bilməz. Çünki FİFA hər zaman futbolçunun tərəfindədi.
 
– Bizim yüksək klublarda oynaya biləcək futbolçularımız elə də çox deyil axı…
– Biz futbolçularımızın səviyyəsini mənfi qiymətləndirməli deyilik. Özümüz öz futbolçularımızı gözümüzdən salmışıq. İstəsək, oradan da yuxarı çıxarda bilərik. Guya Cavid İmamverdiyev Superliqa komandasında oynaya bilməzdi ki? Mən eşidəndə şok oldum ki, onun orada nə işi var?
– Son illərdə futbolçularımızdan ən irəli gedən Ruslan Abışov olub. Burada çox maaşı rədd edib, az məbləğə “Rubin”ə keçdi. Amma o da duruş gətirə bilmədi. Buna sözünüz nədi?
– Qeyd etdiyimiz kimi, futbolçularımız öz üzərilərində çox az işləyirlər. “Qol” adlı film var. Əvəzedici komandanın oyunçusu trenajor zalına gəlib, əsas heyətin futbolçunun ayağı ilə qaldırdığı çəkiyə mat-məəttəl qalır. Arada olan fərq budu. Gör, futbolçu üzərində nə qədər çalışıb ki, həmin çəkini artıq qaldıra bilir. İnsanlar öz üzərində çalışsalar, həyatda çox şeyə nail ola bilərlər. Elə bil ki, futbolçularımız qarşılarına maksimum pul qazanmağı məqsəd qoyub. O həddi də aşmaq istəmirlər.
 
– Bunun üçün həm də ölkə futbolunun inkişafı lazımdı. Çünki futbolu inkişaf etmş ölkələrin futbolçularının maliyyə baxımdan “şorgözlüyü” olmur. Yaxşı futbolçu istənilən vaxt əla məbləğ qazana biləcəyi komandaya transfer oluna bilər. Bəs, siz futbolun inkişafını nədə görürsünüz?
– Xorvatiya millisi ilə oyundan öncə bildirmişdim ki, rəqibi və özümüzü dəyərləndirməliyik. Çünki rəqib komandanın futbolçuları çox yüksək səviyyəli klublarda çıxış edirlər. Buna baxmayaraq, biz futbolçularımızdan ən yaxşı nəticə nədirsə, onu da gözləyirdik. Amma gördük ki, onlara uğur arzu etməyimizin heç bir faydası olmadı. Bizim futbolçular öz oxu ətrafında fırlanır, “Qəbələ”dən “Xəzər Lənkəran”a, oradan digər klubumuza keçirlər. Ölkədən kənara çıxsa, tamam fərqli olar. Burada çıxış edən futbolçu elə bilir ki, hər şeyin yaxşısı bizdədi. Bu yaxınlarda cavan futbolçumla söhbət edirdim. Ona bildirm ki, səni gələn il başqa bir komandaya transfer edəcəm. Çünki səviyyəsi çox yüksəkdi. Mənə bildirir ki, inanırsız, ən yaxşı məşq burdadı. Onu qınamıram, çünki başqa klubların məşqlərini görməyib. Eləcə də digər futbolçularımız.
 
– Xorvatiyalı futbolçulardan söz düşmüşkən, 2007-ci ildə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “Xəzər Lənkəran” Zaqreb “Dinamo”su ilə qaşılaşanda Rahid Əmirquliyev cənubluların, Luka Modriç isə xorvatlatın heyətində çıxış edirdi. Bu futbolçular 7 il sonra da Xorvatiya – Azərbayan matçında üz-üzə gəldilər. İndi Modriç Madir “Real”ında, Rahid isə elə Lənkəran klubunda qalıb. Bu, səviyyə fərqindən xəbər vermir?
– Mən də onu deyirəm də. Avropada futbolu inkişaf etmiş ölkələr bir-birilərinə yaxın olduğu üçün daim menecerlər həmin yerlərdə axtarışda olur. Gözlərinə yaxşı futbolçu dəyən kimi onu daha iddialı kluba aparırlar. Bir menecerlə işləyən futbolçu irəli gedir. Hamı ilə danışıq edən, “get mənim üçün bu işi düzəlt” söyləyən futbolçu həmişə iddiası olmayan komandada qalır. Rahid Əmirquliyevin yaxşı meneceri olsaydı, bəlkə də başqa bir çempionatda çıxış edirdi. Problem futbolçunun beynindədi. Heç kimə inanmır, klubla özü müqavilə bağlayacağını bildirir. Kluba qarşı heç bir şərt irəli sürmür. Meneceri olsa, futbolçunun şərtlərini də irəli sürüb, bunun əsasında müqavilə imzalanar. İndi futbolçular menecerə, menecerlər də futbolçulara inanmır.
 
– Yaxın günlərdə bir foto diqqətimi çəkdi. Deməli, millimizin üzvü İtaliya futbolunun canlı əfsanələrindən olan Andre Pirlo ilə şəkil çəkdirib. Sizə elə gəlmir ki, tanınmış futbolçuların səviyyəsinə çata bilməyəcəklərini bizimkilər artıq dərk ediblər, onlarla şəkil çəkdirməyi özlərinə təsəlli bilirlər?
– Pirlo neçə illərin futbolçusudu. Onunla şəkil çəkdirən də Pirlonu gördüyü üçün sevinir. Bunlar dünya ulduzlarıdı. Pirlo elə-belə futbolçu deyil ki…
 
– Georgi Haci “Qalatasaray”da çıxış edəndə Arta Turan top daşıyrdı. Amma bu gün Arda Türkiyə futbolunun Avropadakı bir nömrəli simasıdı, millinin kapitanıdı…
– Pirlo ilə şəkil çəkdirən futbolçu bilir ki, artıq bundan o tərəfə onun yolu yoxdu. Karyerası onu o səviyyəyə gətirib çıxarmayacaq. Yaşlı futbolçular bundan sonra heç nə dəyişə bilməyəcək. 2-3 il futbol oynadıqdan sonra karyerasını da başa vuracaq. İnsan psixologiyasından çox şey asıldı. Eləsi var ki, 1 ilə öz həyatını müsbətə doğru dəyişir. Amma mən inanmıram ki, bu, bizim futbolçularımıza şamil olunsun. Cavanlar isə yaşlıların səhvlərini təkrarlamalı deyil. Kamran Ağayev ən yaxşı qapıçılarımızdandı. Amma xaricə getmədi. Ondan sonra gələcək ən yaxşı qapıçı Ağayevi özünə kumir seçə bilər, amma onun kimi ölkədə qalmamalıdı.
 
– Sizin şirkət hansı boşluqları dolduracaq?
– Planlarımız çoxdu. İndi bunları açıqlamaq istəmirəm. Planları həyata keçirdikcə bunu öz saytımız vasitəsi ilə ictimaiyyətə də çatdıracağıq. Biz təkcə ölkə daxilində yox, xaricdə də fəaliyyət göstərəcəyik. Bu aydan etibarən səyahətdə olacam. Yaxşı futbolu olan ölkələrdə menecer şirkətləri ilə müqavilə imzalayacağıq. Yeyniyetmə futbolçularımızın da həmin ölkələrin futbol akademiyalarına, yaşları üzrə komandalara və əvəzedici heyətlərdə çıxış etməsini təmin edəcəyik.
 
– Səhv etmirəmsə, bu, ölkəmizdə ilk menecer şirkətidi…
– Bəli, elədi. Mən şirkəti tək başıma yaratmışam. Şirkətin vəkili də vəkillər kollegiyasının üzvüdü. Şirkətin 3 meneceri var. Bunlar həm yerli, həm də xarici klublarla əlaqə saxlayacaq. Həmçinin 3 skautumuz var. Bunlardan biri də Engin Özməndi. Vaxtı ilə “Qarabağ”da da çıxış edib. O, artıq işə başlayıb. Onun tərəfindən tapılan ilk 3 futbolçumuz Kipirdəndi. Bu ayın axırı Belarusa yollanırıq. Bir yerdə durmaq fikirim də yoxdu. Ukraynaya da gedəcəyik. Həm “Qarabağ”ın oyunu izləyəcəm, onları dəstəkləyəcəm, həm də işlə əlaqədar görüşlərimiz olacaq.
 
– Millinin uğursuz çıxışı ilə bağlı sizin də fikirlərinizi bilmək maraqlı olardı…
– İlk dəfə idi ki, bu qədər məyus oldum. Başqa vaxt çoxunu mən sakitləşdirirəm. Kamran Ağayevin Allaha dua etməyi, Rəşad Sadıqovun məyus olmağı ürəyimə toxundu. Həmin an dəhşətli idi. Bir dəyişiklik etmək vacibdi. Yenilik olmayan yerdə çətin ki, uğur olsun. Dəyişiklik də mənə elə gəlir ki, olacaq. Hər kəs onu gözləyir. Millinin yaxşı futbolçuları var. Onların yaxşı oyununu avrokuboklarda da gördük. Milliyə elə bir məşqçi lazımdı ki, özünü məşqçi kimi sübut etsin. Bizə uğura ac məşqçi lazımdı. Berti Foqtsun elə bir iddiası yox idi ki, Azərbaycan millisini hansısa yüksək yerə çatdıracaq. Mənə elə gəlir ki, hər kəs yığmaya Qurban Qurbanovun rəhbərlik etməsini istəyir. Elə ən doğrusu da budu. Artıq özünü sübut etmiş məşqçidi. İstərdim ki, həm klubda, həm də yığmada çalışsın.
 
– Bizi soruşmadığımız, sizin demək istədiyiniz nəsə var?
– Azərbaycan futboluna yeni bir şirkət gəlir. İşlərimiz ölkə futboluna çox xeyir verəcək. Biz heç kimdən kömək də istəmirik. Sadəcə, bizə mane olmasınlar.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm