Dünya futbolu
Mərakeş Afrika Kubokuna ev sahibliyindən imtina edir
Mərakeş dövləti ölkədə yayılmış Ebola virusu səbəb…
Mərakeş dövləti ölkədə yayılmış Ebola virusu səbəbindən 2015-ci ildə keçiriləcək Afrika kubokunun ev sahibliyindən imtina edə bilər. Futbolinfo.az xəbər verir ki, yaxın günlərdə Afrika Futbol Konfederasiyasının prezidenti İssa Hayatu Cənubi Afrika Respublikası futbol federasiyasının prezidenti Denni Cordanla görüşəcək və kubokun CAR-da keçirilmə ehtimalı müzakirə olunacaq.
Qərar tam olaraq qəbul olunmasa da, Hayatu turnirin CAR-da keçirilmə ehtimallarını yüksək qiymətləndirib.
Xatırladaq ki, 2013-cü ildə Liviyada keçirilməli olan Afrika kuboku da məhz CAR-da keçirilmişdi. Buna Liviyadakı siyasi vəziyyət səbəb olmuşdu.