Dünya futbolu
Adriano qayıdır
Bir neçə il öncə Braziliya futbolunun ən önəmli o…
Bir neçə il öncə Braziliya futbolunun ən önəmli oyunçularından olan Adriano yenidən futbola qayıtmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, Karyerasının son illərində alkoqol və meydandan kənardakı problemlərilə gündəmə gələn futbolçu Fransa 2-ci liqasında çıxış edən "Havr"la anlaşmaq üzrədi. Fransız klubunun prezidenti Kristof Maillol Adrianonun mümkün transferi barədə danışıb:
"Adriano yenidən futbola qayıtmaq istəyir. Hazırda heç yerdə oynamır və "Havr" ona yenidən Avropaya qayıtmaq imkanı yarada bilər".
İtaliyada "Parma", "İnter" və "Roma" kimi aparıcı klubların formasını geyən Adriano 2012-ci ilin martında "Korintians"la yollarını ayırdıqdan iki il sonra "Atletiko Paranaense" ilə anlaşmışdı. Ancaq onun "Paranaense" macərası cəmi 5 ay davam etmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…