Bizi izləyin

Premyer-liqa

Topaz Premyer Liqasında 8-ci tur həyəcanı

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında…

blank
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu gün başa çatır. Futbolinfo.az xəbər verir ki, çempionat qaldığı yerdən – 8-ci turun oyunları ilə davam edəcək.
 
Hesabat turunun oyunları 3 gün davam edəcək. Həftənin mərkəzi oyunu liderlər qrupunda qərarlaşan “Qarabağ” və “Qəbələ” arasında olacaq.
8-ci tur “Sumqayıt” – “Neftçi” matçı ilə start götürəcək. Bu komandaların oyunlarında “Neftçi” cüzi üstünlüyə malik olsa da, son iki matçda “Sumqayıt” qalib gəlib. Geridə qalan 8 oyundan 4-də "ağ-qaralar", 3-də isə sumqayıtlılar 3 xala sevinən tərəf olublar. Daha bir görüşdə isə heç-heçə qeydə alınıb. "Gənclik şəhəri" təmsilçisi son 3 ev oyununda bakılıların qapısına qol vurmağı bacarıb. Baxmayaraq ki, top fərqində "Neftçi"nin ciddi üstünlüyü var – 20:10. "Sumqayıt" bu mövsümı fırtına kimi başlasa da, son turlarda ardıcıl uğursuzluqla üzləşməkdədi. İstisna deyil ki, onlara növbəti zərbəni daha iddialı paytaxt təmsilçisi vursun.
 
İlk oyun gününün digər qarşılaşması “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək. “Qarabağ” 25-ci – yubiley duelinə böyük üstünlüklə çıxacaq. Əvvəlki 24 oyunun yarısında qalib gələn Ağdam təmsilçisi son 6 görüşdə xal itirməyib. 7 qarşılaşmada heç-heçə qeydə alındığı qalan 5 görüş "Qəbələ"nin qələbəsiylə başa çatıb. Top fərqində də ağdamlılar üstündülər – 33:21. Son ölkə çempionu yeni mövsümə uğurlu start vermədiyindən bu görüşdən mütləq qələbə ilə ayrılmağa çalışacaq. Bu, həm də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı oyun öncəsi komandadakı atmosferi yaxşılaşdırmaq baxımından vacibdi. Amma Dorinel Muntyanunun komandası da iddialıdı və paytaxtdan 3 xalla qayıtmaq istəyindədi.
 
İkinci oyun günündə əvvəlcə "Araz Naxçıvan"la AZAL üz-üzə gələcək. Bu komandalar indiyə qədər görüşməyiblər. Mövsümə "Neftçi" üzərində böyükhesablı qələbə ilə başlayan naxçıvanlılar ondan sonra ardıcıl məğlubiyyətlərlə üzləşməkdədi. Hətta baş məşqçisi Əsgər Abdullayevin istefası da gündəmə gələn komanda vəziyyəti yaxşılaşdırmaq üçün "təyyarəçilər"lə ev oyununda uğursuz gedişata son qoymağa çalışacaq. Amma Tərlan Əhmədovun komandası da səfərə məğlub olmaq üçün getmir və bu üzdən Muxtar Respublikada maraqlı bir qarşılaşmanın baş tutacağını gözləmək olar.
 
Günün digər oyununda “İnter” “Simurq”la münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt klubu bu rəqiblə qarşılaşmalarda böyük üstünlüyə malikdi. Əvvəlki 20 oyunun 15-də məhz bakılılar 3 xala sevinən tərəf olublar. Zaqatala klubu 3 matçda qələbə qazandığı halda, 2 görüşdə də heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi son 3 qarşılaşmada qol da vura bilməyib. Bakılılar isə son iki ev matçında qalib gəlməyib. Bütövlükdə, top fərqi "bankirlər"in xeyrinədi – 32:11. Turnir cədvəlinə başçılıq edən "İnter" futbol ictimaiyyəti arasında bir neçə ildi "kiçik qardaşı" hesab olunan bölgə klubunu məğlub etməklə zirvədəki yerini qorumağa çalışacaq. "Simurq" isə son turlardakı məğlubiyyət seriyasına son qoymaq arzusundadı.
 
Hesabat turuna "Xəzər Lənkəran” – “Bakı” oyunu ilə yekun vurulacaq. 29-cu duel ərəfəsində “Bakı” üstünlüyə malikdi. "Zolaqlılar" 9 oyunda qalib gəldiyi halda, 7 matçda cənublular qələbəyə seviniblər. 12 görüşdə isə qalib müəyyənləşməyib. Paytaxt təmsilçisi son 8 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” isə son 3 görüşdə qalib gəlməyib. Top fərqində də "ağ-yaşıllar" geridədi – 28:29. Hər iki komanda bu mövsüm uğursuz çıxış edir. Baxmayaraq ki, daha çətin vəziyyətdə olan "zolaqlılar" son iki turda qələbəyə seviniblər. Oğuz Çətinin komandası doğma meydanda keçirilən oyunda rəqibini məğlub yola salmağa çalışacaq. Amma gənclərdən ibarət "Bakı"nın asanlıqla təslim olmayacağı dəqiqdi.
 
Topaz Premyer Liqası
8-ci tur

17 oktyabr (cümə)
 
16:00. Sumqayıt – Neftçi
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. “Kapital Bank Arena”, süni örtüklü meydança.
 
19:30. Qarabağ – Qəbələ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
18 oktyabr (şənbə)
 
15:00. Araz Naxçıvan – AZAL
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Fazil Mürşüdov
Naxçıvan Muxtar Respublika stadionu.
 
18:00. İnter – Simurq
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “İnter Arena”.
 
19 oktyabr (bazar)
 
17:00. Xəzər Lənkəran – Bakı
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 
N
O
Q
H
M
T-F
X
1
7
4
2
1
20-4
14
2
7
4
0
3
10-10
12
3
6
3
2
1
9-6
11
4
7
3
2
2
7-8
11
5
6
3
1
2
5-7
10
6
7
3
0
4
9-8
9
7
7
2
2
3
5-6
8
8
6
2
2
2
5-8
8
9
7
2
1
4
6-15
7
10
6
1
0
5
5-9
3
 
Bombardirlər:
5
– Mikel Alvaro (İnter)
4 – Məhəmməd Qurbanov (Sumqayıt)
3 – Baçana Sxadadze (İnter), Rəşad Eyyubov (Simurq), Cavid Hüseynov (Qəbələ).
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm