Dünya futbolu
Terri Danimarka klubunda oynamaq istəyir
"Çelsi"nin təcrübəli müdafiəçisi …
"Çelsi"nin təcrübəli müdafiəçisi Con Terri komandasını dəyişmək fikrinə düşüb. Futbolinfo.az xəbər verir ki, ingiltərəli stopper "Bröndbi" klubunda oynamaq istəyir.
Futbolçu Danimarka klubunun prezidenti Yan Bex Andersen ilə Londonda görüşüb. Xatırladaq ki, Terri və Andersen yaxın dostdu. Görüşün ardından açıqlama verən 34 yaşlı oyunçu "Bröndbi"də oynamaq istədiyini deyib. O, həmçinin klubun matçlarını izlədiyini də sözlərinə əlavə edib.
Xatırladaq ki, bu yay "Liverpul"dan ayrılan Daniel Aqqer və "Qalatasaray"ın sabiq forvardı Yohan Elmander də hazırda "Bröndbi"də çıxış edir.