Premyer-liqa
Araz Abdullayev səhvini etiraf etdi, Arif Əsədovdan üzr istəmədi
“Neftçi”nin futbolçusu Araz Abdullayev klubu…
“Neftçi”nin futbolçusu Araz Abdullayev klubun rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, klubdaxili nizam-intizam qaydalarını pozduğu üçün cəzalandırılan yarımmüdafiəçi bunları deyib:
“Milli komandanın düşərgəsindən yeni qayıtmışıq. İki ağır səfər oyunu keçirdik və təəssüf ki, istədiyimiz nəticələri qazana bilmədik. Psixoloji gərginliyin fonunda bu hərəkətə yol verdim. “Sumqayıt”la oyunda sona qədər meydanda olub komandama kömək etmək istəyirdim. Əvəzlənməyimə qeyri-ixtiyarı olaraq səhv reaksiya verdim. Bu səbəbdən də haqlı olaraq cəzalandırıldım. Cəza olaraq əvəzedici heyətə göndərilmişəm. Çalışacağam ki, tez bir zamanda özümü doğruldum və yenidən əsas komandaya qayıdım. Etdiyim hərəkətə görə bir daha “Neftçi” azarkeşlərindən, klub rəhbərliyindən və komanda üzvlərindən üzr istəyirəm”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq