Premyer-liqa
Kaxaber Sxadadze: "2 xal itirdik"
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Pre…
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Öncә Müstәqillik Günü münasibəti ilə sizi təbrik edirəm. Oyuna gəldikdə, onu deyim ki, böyük әrazi üstünlüyümüz var idi. Amma cinahlardan düzgün hücüm qura bilmirdik. "Simurq" müdafiә futbolu oynamağı bacaran bir kollektivdi. Oyunda az qol epizodu yaratdıq, amma qәlәbә qazanmaq üçün şanslarımız var idi. Çox tәәssüf ki, alınmadı. Biz evdә 2 xal itirdik. Bu oyunu unudub, "Neftçi" ilə matça hazırlaşmalıyıq”.