Ölkə futbolu
Rüfət Dadaşov oynadı, komandası məğlub oldu
Almaniyanın Cənub Regional Liqasında 14-cü turun oyunları ke&…
Almaniyanın Cənub Regional Liqasında 14-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının forvardı Rüfət Dadaşovun komandası "Saarbüken" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Gessen-Kasselem"lə qarşılaşıb. Oyun Rüfətin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Dadaşov meydana 77-ci dəqiqədə çıxsa da, komandasına heç nə ilə kömək edə bilməyib.
Hazırda "Saarbüken" 30 xalla ikinci yerdə gedir.