Dünya futbolu
Blatter: “Mən poker oyunçusu deyiləm”
FİFA prezidenti Yozef Blatter DÇ-2022-nin Qətərdə keç…
FİFA prezidenti Yozef Blatter DÇ-2022-nin Qətərdə keçirilməsi bağlı yaranan suallara yenidən aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, o, fikir dəyişikliyi olmayacağını bildirib. İdarəçi mundialın qış aylrında keçirilməsi ehtimalının mümkünlüyündən danışıb:
"Qətərdə yay aylarında futbol oynamaq qeyri-mümkündü. Fikrimcə, ən optimal həll mundialın noyabr-dekabr aylarında keçirilməsidi. Səbəblər çox sadədi. Stadionlarda soyuducu sistemlər tətbiq etmək olar. Amma bütün ölkəni eyni məkana toplamaq mümkün deyil. 2022-ci ilin əvvəlində Qış Olimpiya oyunları baş tutacaq. Buna görə futbol üzrə dünya çempionatını ilin axırına salmaq düzgündü. Mən ekstrasens və ya poker oyunçusu deyiləm. Proqnozlar və ya ehtimallar irəli sürə bilmərəm. Bu məsələdə təmkinlə qərar verilməlidi”.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”