Dünya futbolu
Van Qal xal itirdikləri oyundan razı qalıb
"Mançester Yunayted”in baş məşqçisi Lui va…
"Mançester Yunayted”in baş məşqçisi Lui van Qal Premyer Liqada “Vest Bromviç”lə bərabərə qaldıqları (2:2) oyun haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, komandasının müdafiədə səhvlərə yol verdiyini qeyd edib:
"Yenə 2 xal itirdiyimiz üçün məyusam. "Vest Bromviç"in qollardan başqa real şansı olmadı. Biz daha yaxşı çıxış etdik. 2 dəfə hesabda geri düşsək də, oyunu xilas etməyi bacardıq. 90 dəqiqə hücum futbolu göstərdik, amma istənilən nəticə qazanılmadı. Yeni sistemlə meydana çıxmışdıq. Nəticəyə görə olmasa da, nümayiş etdirilən oyundan razı qaldım. Növbəti turda "Çelsi"ni evdə məğlub etsək, xoşbəxt olaram".