Dünya futbolu
Millimizin sabiq üzvü baş məşqçisiz qaldı
Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşicin &ccedi…
Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşicin çıxış etdiyi Türkiyənin “Manisaspor” klubu baş məşqçisi Tahir Karapınarı istefaya göndərib. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komandanın uğursuz nəticələr qazanmasıdı.
Belə ki, Türkiyə PTT 1-ci Liqasında cari mövsüm 6 oyundan sonra ancaq 4 xal toplayan və autsayderlər sırasında qərarlaşan Komandanın son turdakı 0:2 hesablı “Elazığspor” məğlubiyyəti rəhbərliyin səbr kəsasını doldurub və məşqçi qovulub. Beləliklə, “Manisaspor” prezidenti Abdullah Mergen türkiyəli mütəxəssislə klubun bazasında görüşüb və müqavilə qarşılıqlı olaraq ləğv edilib. Həftə sonuna kimi komandaya yeni baş məşqçi təyin olunacağı deyilir.
Qeyd edək ki, Karapınar cari mövsümün əvvəlindən “Manisaspor”u çalışdırırdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir