Bizi izləyin

Ölkə futbolu

"Qarabağ"ın Kiyev sınağı

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun o…

blank
Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi – son çempion "Qarabağ" da növbəti sınağına çıxacaq.
 
Xatırladaq ki, Ağdam klubu bu mövsüm avrokuboklar macərasına Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində isə təmsilçimiz Avstriya "Zalsburq"una uduzaraq (2:1, 0:2), ÇL ilə vidalaşdı. Lakin qaydaya görə, ÇL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyən klublar mübarizəni Avroliqanın eyni mərhələsində davam etdirmək şansına malik idi. Çempionumuz məhz bu mərhələdə ünlü Hollandiya "Tvente"si ilə çətin sınaqdan üzüağ çıxaraq (evdə 0:0, səfərdə 1:1), tarixində ilk dəfə adını qrup mərhələsinə yazdırdı.
 
"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri İtaliya "İnter"i, Fransa "Sent-Etyen"i və Ukrayna "Dnepr"idi. İlk turdakı rəqib Fransa təmsilçisi idi. Bakıdakı həmin oyunda ağdamlılar "Sent-Etyen"dən daha yaxşı oynasa da, qolsuz heç-heçəyə razılaşmalı oldu. Digər "böyük beşlik" ölkəsi təmsilçisi – "İnter"lə görüşdə isə komandamız 0:2 hesablı məğlubiyyətlə üzləşdi. Bu dəfə isə ağdamlıları qrupumuzdakı nəhənglərlə müqayisədə nisbətən zəif olan rəqiblə – "Dnepr"lə qarşılaşma gözləyir.
 
1918-ci ildə yaranan "Dnepr" ev oyunlarını 31 min azarkeş tutumu olan "Dnepr Arena"da keçirir. Amma Ukraynadakı məlum olaylarla əlaqədar bu komanda Ağdam klubunu Kiyevdəki "Olimpiya" stadionunda qəbul edəcək. 90 milyon dollarlıq büdcəsi olan klub bu vaxta qədər Ukrayna çempionu olmayıb. Klubun əksər uğuruları SSRİ-nin vaxtına təsadüf edir. Belə ki, həmin dönəmdə "Dnepr" 2 dəfə SSRİ çempionu olub, 1 dəfə SSRİ Kubokuna, 1 dəfə SSRİ Super Kubokuna sahib çıxıb. İki dəfə ölkə çempionatının gümüş mükafatçısı olan "göy-ağlar", eyni sayda da bürünc medalları qazanıb. "Qarabağ"ın rəqibi 3 dəfə Ukrayna Kubokunda final oynayıb, 1 dəfə isə İntertoto Kubokunun finalına yüksəlib.
 
"Dnepr" ötən mövsümü ikinci pillədə başa vurduğu üçün Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ancaq Danimarka "Kopenhagen"ini mübarizədən kənarlaşdıra bilməyən (evdə 0:0, səfərdə 0:2) ukraynalılar çıxışını Avropa Liqasının pley-offunda davam etdirməli olub. Avroliqanın pley-offunda isə "Dnepr" "Qarabağ"ın rəqibi olmaq üçün Xorvatiya "Hayduk"unu mübarizədən kənarlaşdırıb – evdə 2:1, səfərdə 0:0. Bu komanda qrup mərhələsindəki geridə qalan oyunlarında öncə "İnter"ə evdə 0:1 hesabıyla uduzub, "Sent-Etyen"lə səfər oyununda isə qolsuz heç-heçəyə nail olub. "Dnepr" Avroliqanın qrup mərhələsinə uğurlu başlamasa da, Ukrayna Premyer Liqasının cari mövsümündə çox uğurlu çıxış edir. Mövsümün geridə qalan 9 turunda 8 qələbə qazanıb, sadəcə, 1 qarşılaşmada heç-heçəyə razılaşıb, məğlubiyyətlə üzləşməyib. Rəqib qapılarından 22 top keçirən Dnepropetrovsk təmsilçisi öz qapısında cəmi 4 qol görüb.
 
Maraq üçün bildirək ki, 2006/07 mövsümündə Ağdam klubunun şərəfini qorumuş Sergey Kravçenko hazırda "Dnepr"da çıxış edir. Komandanın Yevgeni Konoplyanka, Bruno Qama kimi liderləri də var. Klubun prezidenti İqor Kolomoyski, baş məşqçisi Miron Markeviçdi. 63 yaşlı mütəxəssis bu ildən "Dnepr"i çalışdırır.
 
Göründüyü kimi, "Qarabağ"ın bu dəfəki rəqibi də zəif komanda hesab oluna bilməz. Bu üzdən də komandamızın "Dnepr"lə oyunda uğur qazanması üçün böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Təbii ki, ağdamlıların hətta heç-heçəyə nail olması da sürpriz nəticə sayılacaq. Çünki qarşılaşma səfərdə keçirilir. Bu oyunda uduzmamaq "Qarabağ"ın qrupdan çıxmaq şanslarını heçə endirməməsi baxımından vacib əhəmiyyət daşıyır. Güman ki, bunun vacibliyini komanda üzvləri də çox yaxşı dərk edirlər.
 
Sonda onu da bildirək ki, "Qarabağ"ın Avroliqada qazandığı istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, Ağdam klubunun hər bir qələbəsi ölkəmizə 0,500, heç-heçə isə 0,250 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 29-cu pillədədi və hesabında 11.500 reytinq xalı var. Bunun 2.625 xalı cari mövsümdə qazanılıb (1.250 xal "Qarabağ"ın, 0.750 xal "İnter"in, qalan 0.625 xal isə "Neftçi"nin sayəsində əldə olunub).
 
"Qarabağ" hazırda UEFA-nın klub reytinqində 8.300 xalla 188-cidi. "İnter" isə 33.733 xalla 58-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, F qrupu çərçivəsindəki digər oyunda "Sent-Etyen" "İnter"in qonağı olacaq.
 
Avropa Liqası
F qrupu
23 oktyabr
 
00:05. Dnepr – Qarabağ
Hakimlər: Libor Kovarik, Kristof Mençl, Yan Patak, Petr Blajey.
Əlavə köməkçi hakimlər: Radek Prihoda, Yan Jilek (hamısı Çexiya).
Kiyev. "Olimpiya" stadionu.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm