Premyer-liqa
Muntyanu: "Komandam 2-ci hissədə xarakter göstərdi"
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz…
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bizi çətin oyun gözlədiyini bilirdik. Çünki rəqib qısa müddətdə turnir cədvəlinin üst pillələrinə qalxa bilmişdi. Gözlədiyimiz kimi də oldu. İlk hissənin sonlarında rəqibin bir qol imkanı oldu, bundan da yararlandı. İkinci hissədə də isə futbolçularımız əsl xarakter nümayiş etdirib, matçı qalib başa vurdu. Ekiqo çox gözəl oynadı. Buna görə də onu təbrik etmişik. Mili komandalara görə fasilə yarananda 14 futbolçu ilə hazırlaşırdıq. Gəlin qəbul edək ki, bu gün kollektiv futbol nümayiş etdirən komandaların futbolçuları 3-4 ildi bir yerdə çıxış edir. Biz isə cəmi 3-4 aydın ki, bir yerdəyik. Elvin Camelov haqqında çox gözəl sözlər demək olar. Mənim zamanında əsas heyətə cəlb olundu. Mən cavan oyunçulara inanıram".
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı