Premyer-liqa
"Neftçi" azarkeşləri Elnuru qəbul edə bilmir
Bu gün Topaz Premyer Liqasında 9-cu tura yekun vurulur. Futbolin…
Bu gün Topaz Premyer Liqasında 9-cu tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, son oyun gününün açılış qarşılaşmasında "Neftçi" lider "İnter"i qəbul edib.
Hazırda davam edən oyunda ev sahibi komandanın azarkeşləri futbolçu Elnur Allahverdiyev əleyhinə şüarlar səsləndirib. "Forza Neftçi" azarkeş qrupu "Xəzər"in oyunçusunu istəmirik biz" deyə şüarlar səsləndiriblər.
Qeyd edək ki, Allahverdiyev vaxtilə "Neftçi"nin əzəli rəqibi "Xəzər Lənkəran"da çıxış edib. Bu səbəbdən də "ağ-qaralı" fanatlar tez-tez bu müdafiəçini istəmədiklərini dilə gətirirlər.