Premyer-liqa
Oğuz Çətin: "Fərdi xətalar məğlubiyyətlə nəticələndi"
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Ç…
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu matçdan sonra üzgünəm. Son 3 həftədə 7 xal toplamışdıq. Çox dəyişən bir şey yoxdu. Üstünlüyümüz var idi. İlk hissədə penalti və müdafiədə olan boşluqlardan sonra qapımızda 3 qol gördük. Bundan sonra matçda dönüş etmək çətin idi. Fərdi xətalar məğlubiyyətlə nəticələndi. Qarşıdakı oyunları qazanıb, xal fərqini azaltmalıyıq. Rəşad Sadiqov zədəli olduğu üçün ehtiyatda qalmışdı. Bizimlə tam məşq edə bilməmişdi. Elnur Cəfərov çox istedadlı futbolçudu. Ötən turda yaxşı çıxış etdiyi üçün bu dəfə ona əsas heyətdə meydana buraxdım. Məşqçi olaraq ona hər cür dəstəyi verməyə hazıram".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib