Premyer-liqa
"Simurq" AZAL üçün hazırlığa fasiləsiz başladı (FOTO)
Topaz Premyer Liqasının 9-cu turunda doğma arenada "Araz Nax&c…
Topaz Premyer Liqasının 9-cu turunda doğma arenada "Araz Naxçıvan"ı böyükhesabla məğlub edən "Simurq" ara vermədən növbəti oyunun hazırlıqlarına başlayıb. Futbolinfo.az xəbər verir ki, ötən gün səhər saatlarında yağış altında keçirilən məşqdə futbolçular iki qrupa bölünüb.
Son görüşdə əsas heyətdə forma geyinən futbolçular qaçış və isinmə hərəkətlərindən sonra məşqi fitness zalda davam etdirib. Qalanları isə qısa ötürmələr və qapıya zərbələrdən sonra ikitərəfli oyun keçirib. Bu gün komanda Zaqatalada son məşqə çıxacaq. Ondan sonra "sarı-qaralar" Bakıya yola düşəcək və AZAL-la oyun öncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da edəcək.
"Simurq" "təyyarəçilər"lə görüşə ciddi itkilərlə çıxacaq. Zədəli Adam Banaş və Murad Səttarlı ilə yanaşı, Benjamin Lambot da bu matçda forma geyinə bilməyəcək. Belçikalı futbolçu "Araz Naxçıvan"la oyunda sarı vərəqə limitini doldurduğuna görə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "AZAL" – "Simurq" qarşılaşması oktyabrın 29-da keçiriləcək və saat 17:00-da start götürəcək. (klub saytı)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar