Ölkə futbolu
"Dnepr"in baş məşqçisi üsyan etdi
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rə…
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Dnepr"in baş məşqçisi Miron Markeviç UEFA ilə bağlı etirazını dilə gətirib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan təcrübəli mütəxəssis ev oyunlarının təmsil etdikləri Dnepropetrovsk şəhərində yox, paytaxt Kiyevdə keçirilməsi ilə bağlı narazılığını ifadə edib:
"Nəyə görə biz Kiyevə uçub, yarıboş nəhəng stadionda oynamalıyıq. Hesab edirəm ki, bu yalnışdı. Məşq etməkdən çox təyyarədə otururuq. Bu, anormal haldı. Başa düşə bilmirəm ki, onlar (UEFA) bu barədə niyə belə inad etdilər. Biz də çoxdandı heç nə etmədən otururuq".
Qeyd edək ki, UEFA Ukraynanın daxilində baş verən siyasi problemlərlə əlaqədar bu qərarı qəbul edib. "Dnepr"in "Qarabağ"a 0:1 hesabı ilə uduzduğu son Avroliqa matçı da Kiyevdə keçirilmişdi. Markeviç isə oyundan sonra məğlubiyyətə səbəb kimi ev oyunlarını Dnepropetrovskda keçirə bilməmələrini göstərmişdi.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…